Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran gerçəkdən geri çəkilirmi?!
İran gerçəkdən geri çəkilirmi?!

Prezident Ərdoğan Türkiyənin daxili işlər naziri Süleyman Soylunu Tehrana göndərdi. Soylu Ərdoğan komandasının ən əsas fiqurlarındandır.

Türkiyəli nazir Tehranda İranın daxili işlər naziri Əhməd Vahidi ilə oturub qarşılıqlı təhlükəsizlikdən danışdılar. Sənədlər də imzaladılar.

Bu nə anlama gəlir? Daxili işlər nazirləri xarici səfərlərə elə-belə getmir. Soylu gedib Vahidiyə dedi ki: "Türkiyənin və Azərbaycanın daxili işlərinə qarışmayın, yoxsa sizə də qarışarlar". Qarışdırarlar da.

Bu ərəfədə Türkiyədə və Azərbaycanda İrana bağlı nüfuz agentlərinə (agentlərə) qarşı əməliyyatlar vardı. Yəni Soylu Tehrana əliboş getməmişdi; Vahidi ilə söhbətdə yetərincə inandırıcı idi.

Soylu dedi ki, Prezident Ərdoğan bu günlərdə Azərbaycanın İranla sərhıdindəki Füzuliyə gedəcək. Ankara, təxribatçı sözlər və hərəkətlər istəmir; bədəli ağır olar.

Vahidi də cavabında: "Kənar qüvvələr münasibətlərimizi poza bilməz" deyə qarşılıq verdi. Bu ərəfədə İran öz sahibkarlarını Laçına və Qarabağa yük daşımalardan çəkinməyə çağırı. Yəni qadağan etdi deyək. Azərbaycan da Xankəndinə qanunsuz yük aparan iki iranll sürücünü geri verdi.

Məncə, qarşılıqlı ritorika azalacaq. Ən azı bir müddət səngiyəcək. Ya İran geri çəkilib Azərbaycanla və eləcə də, Türkiyə ilə "mehriban qonşuluq" moduna girmək üçün yol axtarır, ya da çox irəli getdiyini anlayıb, taym-aut götürmək zorunda qaldı. Hər iki halda Azərbaycanın və Türkiyənin qətiyyətli duruşunu izlədik. Azərbaycan Prezidenti oktyabrln 17-də Füzuliyə gedib İranla sərhəddə dedi: "Ölümə getməyə hazırıq". Əlavə etdi ki, biz özümüzdən böyük güclə vuruşmaqdan qorxmuruq. Yəni bizə hücum təkcə bizə qarşı hücum sayılmayacaq; qardaşımız, dostumuz, müttəfiqimiz olan daha böyük güc(lər)ə savaş açmaq deməkdir. Və Prezident Ərdoğan da bir neçə gündən sonra həmin Füzuli şəhərinə gəlişi ilə İlham Əliyevin sözlərini doğrultmuş olacaq. Və ikisi birlikdə orada beynəlxalq hava limanını açacaq. Tehran da uzaqdan izləyəcək.

Amma İran başqa yol seçmiş olsaydı, o yolla Prezident İbrahim Rəisi də Füzuliyə gələ bilərdi. Orda Əliyevlə və Ərdoğanla yanaşı dayanardı. Buna imkanı vardı. Axı Rəisi həm də İranın on milyonlarla vətəndaşının rəsmi tımsilçisidir. Bu törəndə yeri vardı. Ancaq...istəmədilər.

Hələ də çox gec deyil. Səni gətirib dalana çıxarmış yola davam etməyin nə mənası var?! Zatən irəliyə yol bitmiş! Bu halda yol ancaq geriyədir. Geridə isə mehriban olsa da, olmasa da, qonşuluq var ən azı...

Seyid Əhmədli, bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »