Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müntəzəm hıçqırıq ağır xəstəliyin əlaməti ola bilər
Müntəzəm hıçqırıq ağır xəstəliyin əlaməti ola bilər

Mütəxəssislər uzun müddət davam edən hıçqırığın, qida borusu xərçəngi əlaməti ola biləcəyi barədə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, bir çox səbəblərdən meydana gələn hıçqırıq, uzun müddətli və keçməyən hala gəldiyi zaman mütləq həkimə müraciət etmək lazımdır.

Hıçqırıq, diafraqmanın ani və qeyri-iradi daralması nəticəsində meydana gəlir və çox təbii bir prosesdir. Diafraqma daraldıqca, səs telləri bağlanr və "hık" səsi gəlir.

Ümumiyyətlə hıçıqırıq sürətli və çox yemək yemək, həddən artıq spirtli içki içmək və həzmsizlik kimi problemlərdən qaynaqlanır. Fiziki səbəblərlər xaricində ani duyğu dəyişiklikləri, qorxu, stress kimi psixoloji narahatlıqlar da hıçqırığa səbəb olur. Ancaq hıçqırıqla əlaqəli olan əhəmiyyətli bir xəbərdarlıq da var. Mütəxəssislər uzun müddət keçməyən hıçqırığı xərçəng əlaməti hesab edir.

Hıçqırığın keçməsi üçün nəfəs tutmaq, sürətli nəfə alıb-vermək, limon yemək, buruna sirkə çəkmək, buz udmaq, buzlu su içmək, üzü soyuq su ilə yumaq və s. üsullar var. Əslində bədəni bir qədər rahatlatmaq, hıçqırığın asanca keçməsi üçün yetərlidir. Ancaq bəzən bu diafraqma daralmaları uzun müddət davam edə bilir. Problem də bu müddət uzanan zaman başlayır. Mədənin düzgün işləməməsi, səbəbsiz şişkinləşməsi və 48 saatdan çox davam edən hıçqırıq qida borusu xərçənginin əlaməti ola bilər. Qida borusunun daxilini təşkil edən toxumada yaranan bəd xassəli şişlər, qida borusu xərçəngi yaranmasına səbəb olur.

Mütəxəssislərə görə, mütəmadi olaraq isti, bərk, eynənməmiş qidalarla qidalanmaq, siqaret və spirtli içkilər içmək qida borusunda kimyəvi yanıqlar meydana gətirir. Buna görə də, hıçqırığın qida borusu xərçənginin xəbərçisi ola biləcəyi qeyd edilir.

Ekspertlər, normal olmayan hıçqırıq müşahidə edildiyi təqdirdə vaxt itirmədən həkimə müraicət etməyi tövsiyyə edir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »