Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
"SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"

Hələ məktəblər açılmamışdan öncə Təhsil Nazirliyi, 35 min təhsil işçisinin əks sertifikat göstərişi aldığı xəbərini vermişdi. Ölkədə hər gün saxta COVID-19 pasportlarının verilməsi ilə bağlı həbsləri də nəzərə alsaq bu gün təhsil müəssisələrində koronavirus hallarının artdığını təsadüf adlandırmaq olmaz. Çünki əvvəlcədən də qeyd etdiyimiz kimi, dərslərin ənənəvi formada keçirilməsi fonunda verilən əks göstərişlər və saxta virus sertifikatları, virisun artacağının xəbərçisi idi.

Ən azından Bizimyol.info saytı bu məsələyə dəfələrlə toxunmuşdu. Ötən gün isə, deputat Etibar Əliyev, yerli KİV-lərə verdiyi açıqlamada qeyd edib ki, məktəblər açılandan və ali məktəblərdə əyani təhsilin başlanmasından sonra yoluxma halları çoxalıb. Bu, əlbəttə ki, pedaqoji heyətin məsələyə yanaşmasından asılıdır. İnsanlar vaksinasiyadan yayınırlar. Vaksinasiyadan yayınmanın özü də yoluxmanın çoxalmasına təsir edir. Bununla yanaşı, E.Əliyev vurğulayıb ki, müəllimlər saxta COVID-19 pasportu alıblar və buna görə də təhsil müəssisələrində yoluxma artır.

“20 nömrəli kimi böyük şagird kontingenti olan məktəbdə təhsili dayandırılıbsa, deməli, çox ciddi məqamlar var. Artıq yoluxmanın şiddətlənməsi özünü göstərir" - o, deyib. Deputat həmçinin qeyd edib ki, artıq yuxarı sinif şagirdləri də vaksinasiya olunur. Burada əsas daşıyıcılar yuxarı sinif şagirdləridir, yoxsa müəllimlərdir? Bu araşdırılmalıdır.

"Müəllimlərin vaksinasiyası, ciddi şəkildə araşdırılmalıdır. Bu bir faktdır. Bununla bağlı, insanlar mənə müraciət edirlər. Saxta vaksinasiya, çox geniş vüsət alıb. Əgər saxta vaksinasiyaya yönəlmə çoxdursa, düşünürəm ki, əsas daşıyıcılar elə müəllimlər ola bilər” - deyə E.Əliyev əlavə edib.

Biz "demişdik" deməyi sevməsək də, deputatın açıqlaması bizim bir daha haqlı olduğumuzu sübut edir.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

Təhsil məsələri üzrə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info saytına açıqlamasında bildirib ki, müəllim və şagirdlərin koronaviursa yolxuma hallarının artması gözlənilən idi. Virusun mərhələli şəkildə mutasiyaya uğrayıb insanlara yoluxaraq gücdən düşmədyini qeyd edən ekspert bildirib ki, vəziyyət SinoVac peyvəndinin işə yaramadığını sübut edir: "Bunu, mən ən azı öz ətrafımdakı insanlardan bilirəm ki, SinoVac peyvəndi olduqdan 3-5 ay sonra yenidən koronavirusa yoluxublar. Və normal COVID-19 simptomları yaşayırlar. Bu isə o deməkdir ki, məsələ Etibar müəllimin dediyi kimi deyil. Yəni, məktəblərdə artan koronavirus faktlarını birbaşa saxta COVID-19 pasportları ilə əlaqələndirmək düzgün olmaz. Biz ölkədə "saxta COVID-19 pasportu yoxdur" desək də, yanılmış olarıq. Çünki bununla bağlı məsələlər, xəbərlərə də yansıyıb. Saxta COVID-19 pasportu verməkdə ittiham edilib həbs edilənlər var. Yəni, saxta pasport verənlər varsa,  alanlar da az deyil" - deyən ekspert bildirib ki, ancaq bu hal kütləvi xarater daşımır. Ekspertin fikrincə, "mən peyvənd oldum" deyənlərin 90 faizi peyvənd olunanlardır.

"Mənim ətrafımda olan bütün müəllimlər vaksinasiya edilib və saxta pasport almayıb. Yəni, bu məsələni kütləviləşdirmək düzgün deyil. Ancaq görünən odur ki, yoluxma sayı artır və bununla mübarizədə biz yenə də aciz qalırıq. Bu acizlik isə, təkcə bizə deyil, bütün dünya ölkələrinə xas acizlikdir" - deyə ekspert bildirib.

Q.Məhərrəmov hesab edir ki, məsələdən çıxış yolu, koronavirus aşkarlanan təhsil müəssisələrini iki həftəlik bağlamaqdır. Kütləvi şəkildə məktəblərin bağlanmasını da, həll yolu hesab etməyən ekspert fikrincə, koronavirus müşahidə edilən siniflər bağlanmalı, koronavirusa yoluxma halları artan məktəblər bağlanmalıdır: "Ümumi və kütləvi qərarlar bizim leyhimizə yox, əleyhimizədir"...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »