Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Psixoloji asılılıq nədir: Əlamətləri və mərhələləri
Psixoloji asılılıq nədir: Əlamətləri və mərhələləri

Narkotik maddə istifadəsi və buna asılıq dünyanın bütün ölkələrində önəmli kütləvi probelm olaraq yaşanır. Kokain yuxu dərmanları, amfetamin, metamfetamin, marixuana, heroin və s. narkotik maddələr tarix boyu insanların qəbul etdiyi, uzaqlaşa bilmədiyi vasitələr olub. Zamanla daha yeniləri yaradılıb və narkotik aludəçiliyi də beləcə inkişaf edib. Bu kimyəvi maddələr, insan beyninə birbaşa təsir edərək davanışlarını dəyişdirə bilər. Uzun müddət qəbul edildiyi zaman beyinə zərər verir və müalicəyə ehtiyac yaranan kliniki vəziyyətlər ortaya çıxır.

Asılılıq nədir?

Mütəxəssislərin fikirncə, asılılıq, bir şeyin şəxsə zərər verməsinə baxmayaraq, onu istifadə etməyə davam etməsidir və vərdişkarlıqdan daha möhkəm bir hissdir.

Asılılığın yaranmasında ətraf mühit və sosial amillər böyük rol oynayır. Fərdlər əvvəlcə yoxlamaq məqsədilə ilə bir şeyə başlaya bilərlər. Daha sonra isə sosiallaşmaq üçün bundan istifadə edə bilərlər. Ancaq bu vəziyyət getdikcə, ağırlaşa bilər və həmin şəxs bu maddəyə asılı olaraq qalar.

Narkoloq Pərvin Məmmədovun sözlərinə görə, bəzi hallar var ki, onlar 12 ay müddətində müşahidə edildiyi halda, şəxsin asılı olduğu müəyyən edilə bilir:

  1. İstifadə edilən maddə miqdarının problemlərə rəğmən artırılması
  2. Buraxmaq, tərgitmə səylərinin boş olması
  3. Maddəni tapmaq, istifadə etmək və ya tərgitmək üçün çox zaman sərf etmək
  4. Sosial, şəxsi fəaliyyətlərin azalması və ya buraxılması.

Əgər bir şəxsdə bu əlamətlərdən 3-ü 12 ay müddətində davam edirsə, həmin şəxs, narkotik asılılığı yaşayır.

Psixoloji asılılıq nədir?

Psixoloji olaraq fərdin müəyyən bir əşya, maddə və ya şəxs olmadan yaşaya bilməyəcəyinə özünü inandırma vəziyyətidir. Yəni, "bu maddə olmasa, bu şəxs olmasa, bu vasitə olmasa mən yaşaya bilmərəm" deməsidir. Maddə qəbul edilmədiyi təqdirdə, əsəb-gərginlik və s. kimi psixoloji əlamətlər ortaya çıxa bilər.

Asılılıq 3 hisslidir...

  1. Maddənin özüdür, özünə xas əlamətlərə səbəb olur.
  2. Şəxsin mənliyidir.
  3. Şəxsin olduğu asılılıq vəziyyətinin səviyyəsidir.

    Asılılıq barədə danışarkən bu üçlüyü mütləq nəzərə almaq lazımdır.

Asılılq dərəcələri...

  1. Həkim deyir ki, asılılğın 1-ci dərəcəsi yüngül asılılıqdır. Bu mərhələdə asıllıq üçün lazım olan ölçülər, ən aşağı səviyyədə olur. Sosial fəaliyyətlər, mübarizələr və şəxslərarası münasibətlərin pozulması bu mərhələdə yox dərəcəsindədir.
  2. İkinci dərəcə isə orta dərəcədir. Bu yüngül və güclü mərhələ arasında yer alan dərəcədir. Asılı şəxs aqressiv olsa da, ətrafa zərər vermir.
  3. Üçüncü mərhələ, güclü asılılıq dərəcəsidir. Bu zaman, psixo-sosial fəaliyyətlərdə önəmli dərəcədə pozulma müşahidə edilir.

"Narkotik maddə aludəçiləri, çox zaman özünü idarə edə biləcəyi inancı ilə narkotik istifadəsinə başlayır. Bu şəxslər, heç bir zaman asılı ola biləcəklərini düşünmürlər. Məqsəd, ara-sıra istifadə etməkdir. Ancaq nəticədə şəxs, asılı vəziyyətə düşür. Çünki aludəçilik, narkotik istifadəsini dəyişməz nəticəsidir. Şəxs, asılı olduğunun fərqinə varmır və bunu başa düşən zaman isə artıq gec olur. Şəxsin hansı müddətdən sonra asılı vəziyyətə düşməsi onun fiziki və ruhi vəziyyətindən asılıdır.

Asılılıq yaradan maddələrin "psixoloji təsirləri" həddən artıq çoxdur. Buna görə də, bir dəfə olsun belə istifadə etmək problem yarada bilər. Məsələn; kokain bir dəfə istifadə edilib, təsiri keçdikdən sonra 15-16 saat istənilməyən ruhi təsirlərə səbəb ola bilər. Qatı maddələrlə qarışdırılmamış eroin isə ilk istifadədən sonra belə asılılıq yara bilər"...

Buna görə də unutmamaq lazımdır ki, bir dəfə istifadə belə, insanı asılı vəziyyətə sala bilər. İnsan bir dəfə asılı vəziyyətə düşdüsə, ömür boy bu vəziyyətdən tam olaraq çıxa bilməz.

Asılılığın psixoloji mərhələləri...

Narkotik maddə istifadəçiləri, bu maddələrin zərərli olduğunu bildikləri halda, istifadəni buraxa bilmirlər. Psixoloji asılılıq zamanı maddə qəbul edildiyi zaman doyum, rahatlama və həzz meydana gəlir.

"Hamı istifadə edir, görəsən mən də istifadə edimmi" düşüncəsi həddən artıq çox yayılmış və təhlükəli düşüncədir.

İstər gənclər, istərsə də, digər yaş qruplarında qarşımıza çıxan bu və bənzər fikirlər başlanğıc mərhələdə olur və sonradan təəsüf ki, bu vəziyyətdən çıxmaq mümkün olmur.

Narkotik maddə istifadə prosesində tərk etmək mərhələsi, müşahidə edilən ən əhəmiyyətli mərhələdir və asılılığa qarşı müqavimət bu mərhələdən sonra yarana bilər. Asılılıq bir xəstəlikdir və xəstəlik kimi müalicə ediməlidir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər