Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişi arvadına maaş ödəməlidirmi... - Məntiq və absurdun toqquşduğu nöqtə
Kişi arvadına maaş ödəməlidirmi... - Məntiq və absurdun toqquşduğu nöqtə

"Həyatımızın müxtəlif sahələrində qadınlara qarşı zorakılıqlar qalmaqdadır”.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda danışıb.

O, qeyd edib ki, ÜST-ün məlumatına görə, dünyada hər üç qadından 1-i ya evdə, ya işdə zorakılığa məruz qalır.

Millət vəkilinin sözlərinə görə, baxmayaraq ki, əmək qabiliyyətli qadınların sayı kişilərin sayından çoxdur, bu gün işsiz qadınlar 57,5 % təşkil edir.

"Əsas diskriminasiya burada qadın əməyinin kişi əməyinə nisbətən az qiymətləndirilməsidir. Bu, bütün dünyada belədir. Azərbaycanda qadınların əməyi kişi əməyindən daha az qiymətləndirilir. Bunun bünövrəsi iqtisadi azadlıqdadır. Əgər iqtisadi azadlıq olmayacaqsa, biz sosial azadlığı da təmin edə bilməyəcəyik. Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır".

Musa Quiyevin bu çıxışı cəmiyyət tərəfindən, xüsusilə də kişilər tərəfindən birmənalı qarşılanmayıb. Təbii ki, ömür boyu həyat yoldaşının evdə v işləri görməsinə, yuyub ütüləməsinə, yemək hazırlamasına öyrəşən kişi bunun üçün qadınına pul ödəmək istəməz. Hətta bəzi kişilər var ki, "yeməyini verirəm, şükür etsin" deyib qadına ikinci dərəcəli varlıq kimi baxır. Amma bu məntiqi inkişaf etdirsək, enində-sonunda absurda dirənəcək. Çünki arvadına zəhmət haqqı ödəyən kişinin ona paltar alarkən pulunu tələb etmək haqqı da yaranır. Normal ailələrdə bu, təbii əmək bölgüsüdür: Kişi qazanc mənbəyidir, arvad isə evdə kişiyə qayğı göstərməklə bu məsələdə ona kömək edir. Əvəzində ümumi ailə büdcəsi formalaşır.

"Təmiz Dünya" İctimia Birliyinin sədri Mehriban Zeynalova millət vəkilinin çıxışını cürətli hesab edib. Onun sözlərinə görə, buna görə də M.Quliyev müqavimətlə üzləşdi.

Mehriban Zeynalova Mehriban Zeynalova

"Əslində Nikah müqaviləsi ilə bunu könüllü tənzimləmək olar. Əgər tərəflər razıdırsa. Yaxud qarşı tərəf xanımının işləməsinə məhdudiyyət qoymamalı, ona qarşı iqtsiadi zorakılığın meyarlarını tətbiq etməməlidir. Edərsə onun əməyini qiymətəndirməlidir",- deyə M. Zeynalova qeyd edib.

Kişilər qadınlarına ev işlərinə görə, pul ödəsinmi?

Sosial şəbəkədə güclü cinsin nümayəndələri bu təkliflə razılaşmır, ev işlərinin qadınların məsuliyyətində olduğunu, qaınların vəzifəsi olduğunu qeyd edir.

37 yaşlı Bakı sakini Əfqan İmanov millət vəkilinin bu təklfini absurd adlanırır. Deyir ki, dədə-babadan ev işlərini qadının etdiyi məlumdur. Bundan sorna bir qanun çxıarıb, ev işləri üçün qadına pul vermək gülünc olardı.

"Qadın evinin həm xanımıdır, həm qulluqçusu, özü üçün edir, etməlidir, edəcək"-deyir güclü nəslin nümayəndəsi.

Xanımlarımız isə, millət vəkilinin təklifini dəstəkləyir.

Nuralan Babayeva qeyd edir ki, əgər kişi qadına yaxşı baxmırsa, onun bütün təlbatlarını təmin etmirsə, qadın da evdə ev işlərini görməməlidir: "Mən işləyib özümü saxlaya bilirəmsə, niyə bütün günü ev işləri görüb eyni zamanda da istəklərimi həyata keçirmədən yaşayım? Belə bir qanun qəbul etsələr sevinərəm".

Psixoloq Rəvanə Quliyevanın sözlərinə görə, əgər kişilər ev işləri üçün qadınlara pil verməli olsalar xəyanətlərin də sayı azalar.

"Məsələn indi kişi arxayındır ki, evdə paltarını yuyan, yeməyini bişirən,xəstə olanda baxan həm də pulsuz baxan qadını var. Buna görə də, kişiıər bunu qadının borcu kimi qəbul edir, yaxşı, gümrah vaxtlarında pulunu xərcləyib başqa qadınla zaman da keçirirlər. Əgər kişi evdəki qadına gördüyü işlərə görə pul verməli olsa, birinci növbədə kiminlə oldu evlənməz. İstəyər ki, evində gözəl qadın olsun, sevdiyi qadın olsun. Qadınların ev işlərini pulsuz görməsi qadınları gözdən salır. Bəzi kişilər var ki, evdəki qadına elə qulluqçu kimi baxır.

Belə bir qanun olsa, kişi başa düşəcək ki, daha evində onun tökdüyünü yığışdıran biri yoxdur. Bunun üçün o ya pul verib, qulluqçu tutmalıdır, ya da ailə həyatı qurrusa, sevdiyi bir qadınla qurmalıdır ki, həyatı müştərək yaşasın.Düzdür bu qanun ənənəvi ailənin təməlini bir qədər silkələyə bilər. Amma gender bərabərliyindən söhbət gedirsə, belə də olmalıdır",- deyə psixoloq bildirib.

Onun sözlərinə görə, elə bir qanunun qəbul edilməsi, yeni bir ailə formasının yaranmasına səbəb ola bilər. Və xəyanət, keçimszilik üzündən dağılan ailələrin sayı azalar. Kişi və qadınlar ailə həyatı qurarkən nə yaşayacaqlarını öncədən biləcəkləri üçün "ailə qurmaq xatirinə" ailə quranların da sayı azalar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »