Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan iqtisadiyyatı irəli getməyib və bunu gizlətməyə çalışırlar”
“Azərbaycan iqtisadiyyatı irəli getməyib və bunu gizlətməyə çalışırlar”

“Azərbaycan iqtisadiyyatının 4,8 faiz böyüməsi, istehsalın artması haqqında rəsmi məlumatlar uydurmadır”.

Bu sözləri iqtisadçı Nemət Əliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı irəli getməyib və bunu gizlətməyə çalışırlar

“Rəsmi məlumatlar üzərində apardığım araşdıramlar əsasında ortaya çıxıb ki, bu məlumat yalandır, belə bir şey yoxdur.

Bundan əlavə olaraq, bahalaşma ilə bağlı 5,2 faiz göstəricisi də az göstərilib. Bahalaşma bu rəqəmlərdən çox yüksəkdir. İki rəqəmli həddə gəlib çatıb. Bu rəsmi göstərici düz olsa belə ölkədə həyat səviyyəsinin pisləşməsi faktı ortalığa çıxır. Çünki yanvar-sentyabr dövrünə orta əmək haqqının artım göstəricisi 2,2 faiz, bahalaşma isə 5,2 faizdir. Bu rəsmi rəqəmlərə badıqda belə alıcılıq qabiliyyətinin pisləşməsi ortaya çıxır”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »