Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada sızma müşahidə olununan AES-in bloku bağlanıb
Rusiyada sızma müşahidə olununan AES-in bloku bağlanıb

Buxar sızması Rostov Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun dayanmasına səbəb olub.

Bizimyol.info xəbər verir ki, bunu TASS-a regionun əməliyyat xidmətlərindəki mənbə bildirib.

"Buxar sızması olub, ikinci enerji bloku söndürülüb", - deyə mənbə bildirib.

Rostov atom elektrik stansiyası "Rosenergoatom" konserninin  bir şöbəsidir, 2001-2010-cu illərdə "Volgodonskaya AES" adlandırılıb.

"Rostov AES" Volqodonskdan 13,5 km şimal-şərqdə, Tsimlyansk su anbarının sahilində yerləşir. Rostov-na-Donu stansiyadan 205, Volqoqrad 175 km məsafədə yerləşir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »