ABŞ -ın keçmiş prezidenti Donald Tramp "TRUTH social" adlı yeni bir sosial şəbəkə və "Tramp Media & Technology Group" (TMTG) yaratdığını elan edib.
Bizimyol.info xəbər verir ki, TASS bu barədə siyasətçinin adından yayılan şirkətin press-relizinə istinadən məlumat verib.
"TMGT-nin missiyası liberal media konsorsiyumuna rəqib yaratmaq və Amerikanın müxalifət səslərini susdurmaq üçün inhisar gücündən istifadə edən texnologiya şirkətləri ilə mübarizə etməkdir. TMGT tezliklə "TRUTH social" sosial şəbəkəsini işə salacaq", - deyə mesajda bildirilir.
"Texnologiya nəhənglərinin istibdadına qarşı mübarizə aparmaq üçün "TRUTH social" və TMGT yaratdım. Talibanın Twitter-də olduğu və sevdiyiniz Amerika prezidentinin susdurulduğu bir dünyada yaşayırıq. Media qrupunun əsas missiyası hər kəsin səsinin eşidilməsinə yardım etməkdir", - deyə Respublikaçı bildirib.
Qeyd edək ki, Trampın prezidentliyinin son həftələrində Twitter, Facebook və Instagram sösial səbəkələrində hesabı qapadılmışdı.
Bizimyol.info