Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"

Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 19-da Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlunu saxlayıb. Ondan başqa, Azərbaycan Ruhanilər Məclisinin üzvləri – Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov və Təmkin Cəfərovun da saxlandığı bildirilir.

Bizimyol.info xəbər verir ki, Hacı İlqar İbrahimoğlu oktyabrın 20-də gecə saat 02.13-də “Facebook” profilindən canlı yayım açaraq sərbəst buraxıldığını deyib. O, bir neçə gün telefondan uzaq qalacağını bildirib: “Məni gəlib evdən götürmüşdülər. Şahid qismində dindirilmək üçün dəvət olunmuşam. Bir neçə saat ərzində geniş, ətraflı müzakirələr olub. Bütün müddət ərzində çox peşəkar, korrekt davranma olub. Bütün suallara cavab alındığı üçün sərbəst buraxılmışam”.

Hazırda Hacı İlqar İbrahimoğluya zəng çatmır.

Digər 4 nəfərin maide.az saytının əməkdaşları olduğu bildirilir. Həmin şəxslərin evlərindən kompüter və telefonları götürülüb. Cəlal Şəfiyev və Qadir Məmmədov əvvəlcə sərbəst buraxılıb, sonra isə yenidən saxlanılıblar.

Həbsdə olan Sərdar Babayev 2020-ci ilin fevralında azadlığa çıxmışdı. O, Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham olunmuş, 3 il həbs cəzası almışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »