Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada bir həftə qeyri-iş günü elan ediləcək
Rusiyada bir həftə qeyri-iş günü elan ediləcək

Rusiya prezidenti Vladimir Putin ölkədə 30 oktyabr-7 noyabr tarixləri arasında qeyri-iş günlərinin tətbiq edilməsi təklifini dəstəkləyib.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, ən çətin epidemioloji vəziyyətə malik bölgələrdə qeyri-iş günləri daha əvvəl - oktyabrın 23-dən etibarən tətbiq oluna bilər.

Hökumət üzvləri ilə görüşdə dövlət başçısı qeyri-iş günlərində gündə 4 milyard rubl itirəcək biznesə dəstək tələb etdi.

Prezident xalqa müraciət edərək, peyvənddən imtina etməyi qəribə adlandırdı və vətəndaşları aktiv şəkildə vaksin vurdurmağa çağırdı: "Bu dövrü keçməyimizin yalnız iki yolu var; xəstələnmək və peyvənd olunmaq. Amma vaksin vurdurmaq daha yaxşıdır, niyə xəstəliyi və onun ağır nəticələrini gözləmək lazımdır?"

Son xəbərlər
Bütün xəbərlər »