Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yenidən Yupiterdə sirli işıq meydana gəldi
Yenidən Yupiterdə sirli işıq meydana gəldi

Yapon astronomları, bir ay əvvəl Yupiterdə görünən əsrarəngiz işığın yenidən göründüyünü açıqladılar.

Bizimyol.info xəbər verir ki, bu hadisə 15 oktyabr tarixində baş verib. Təxminən dörd saniyə ərzində Yupiterin üzərində görünən sirli, parlaq işığın görüntüləri yaranıb.

Tədqiqatçılar, bu parlaq işığın son bir ildə müəyyən fasilələrlə doqquz dəfə müşahidə edildiyi bildirilir.

Qeyd edək ki, hər il Yupiterin səthinə onlarla, bəlkə də yüzlərlə asteroid düşür. Çünki nəhəng planet bu cür cisimlərin Yerə düşməsinin qarşısını almaq üçün maneə rolunu oynayır. Ancaq belə bir səma hadisəsinə şahid olmaq çox nadir hadisədir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »