Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa mətbuatı Türkiyə dronlarını tərifləyir
Fransa mətbuatı Türkiyə dronlarını tərifləyir

Fransa mətbuatı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Afrika səfərini diqqətlə izləyib. Həm də ona görə ki, “qara qitə”də bir çox ölkələr əvvəllər bu dövlətin müstəmləkəsi olub.

Bizimyol.info xəbər verir ki, Ərdoğan Anqolada, Nigeriyada və Toqodo olub. “Le Figaro” “Ərdoğan Afrikada varlığını gücləndirir” sərlövhəli yazı dərc edib. Burada yazılıb ki, Türkiyə Somalidə və Liviyada da özünü göstərmək barədə düşünür. Fransa qəzeti Türkiyə 1992-1994-cü illərdə Qərbi Somalinin paytaxtı Moqadişoda hərbi əməliyyat keçirəndə Türkiyə Hava Yollarının ora uçuşlar təşkil edən yeganə hava şirkəti olduğunu xatırladıb.

Türkiyənin Anqola və Nigeriyaya pilotsuz uçuş aparatları satmaq istəyi Fransanı narahat edir. Yazıda qeyd olunub ki, “Bayraktar” Qarabağ müharibəsində nəyə qadir olduğunu göstərib. Pilotsuz uçuş aparatlarının döyüşlərdə xəyal ediləcək silah olduğu xüsusi vurğulanıb.

Ərdoğanın səfərləri zamanı təxminən 30 ölkəni ziyarət edəcəyi bildirilir. Türkiyə Prezidenti yaxın vaxtlarda Burkina Faso və Liberiya liderləriylə də görüşəcək. Fransa dövlət radiosu olan RFI bu məsələyə xüsusi diqqət ayırıb. Türkiyənin Afrika ölkələrinə dron satmağa hazırlaşması ciddi müzakirə olunur. Digər yandan da Ankaranın pilotsuz uçuş aparatları çox təriflənir. Fransa mediası Türkiyə dronlarını Qərb məhsullarından daha ucuz və keyfiyyətli hesab edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »