Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Putin və Bayden ilin sonuna qədər görüşəcəklər
Peskov: Putin və Bayden ilin sonuna qədər görüşəcəklər

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Cozef Baydenlə görüşünün real olduğunu söyləyib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə mətbuata açıqlamasında bildirib.

"Bir daha təkrar edirik ki,  Uşakovla Nuland arasındakı son görüşdə müxtəlif variantlar müzakirə edilib. Putin və Bayden arasında görüşün perspektivləri ilə bağlı müəyyən razılıqlar əldə olunub", - deyə Rusiya prezidentinin sözçüsü bildirib.

Peskov bu il Rusiya Federasiyası və ABŞ prezidentləri arasında görüşün mümkünlüyünü şərh edərkən deyib:

"Bəli, görüşün bu və ya başqa formatda keçiriləcəyi olduqca realdır. Bu barədə məlumat verəcəyik."

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland 11-13 oktyabr tarixlərində Rusiyaya səfər etdi və Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak və Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakovla görüşlər keçirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »