Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili həkimlərin ona yardım etməsinə razılıq verib
Saakaşvili həkimlərin ona yardım etməsinə razılıq verib

"Gürcüstanın həbisdə aclıq edən, keçmiş prezidenti Mixail Saakaşvili həkimlərin köməyinə razılıq verib".

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidentinin vəkili Dito Sadzaqlişvili tərəfindən yayılan məktubunda bildirilir.

Saakaşvili 20 gündür həbsxanada aclıq aksiyası keçirir. Bir gün əvvəl onu Səhiyyə Nazirliyinin qərarı ilə yaradılan həkimlər briqadası ziyarət edib. Həkimlər siyasətçinin profilaktik xəstəxanaya yerləşdirilməsini tövsiyə etdilər, lakin bunun üçün Saakaşvilinin razılığının vacib olduğu bildirilib.

"Həbsdə olduğum müddətdə heç bir halda qida qəbul etməyəcəyəm və hətta bu mənim ölümümə səbə olas belə aclığı dayandırmayacağam. Eyni zamanda sağlam düşüncəmi və iş qabiliyyətimi sona qədər qorumaq istəyirəm, buna görə şüurlu olmağıma kömək edəcək həkimlərin tibbi müdaxiləsinə razıyam" - deyə Saakaşvili yazır.

Eks-prezident sağlamlıq vəziyyətinə baxmayaraq nikbin olduğunu qeyd etdi.

"Mən heç bir toqquşma olmasın və heç kim zərər görməsin deyə gəldim. Başqalarını da aclıq aksiyasına son qoymağa çağırdım, ədalətsiz siyasi təqiblərtələblərə son qoyulması tələbi ilə aclıq çəkən tək mənəm. Bu insanların məcburiyyət və saxtakarlıq etmədən qərar verdikləri normal bir demokratik prosesdir" - deyə Saakaşvili məktubunda qeyd edib.

Gürcüstan mətbuatının yazdığına görə, Tbilisi "Vivamed" klinikasının işçiləri, Rustavi 12 saylı həbsxanasından nəql edilən Saakaşvili üçün bir mərtəbədə xüsusi yer hazırlayırlar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »