Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu

Qazlı su aldı, arx suyu çıxdı.

Bizimyol.info xəbər verir ki, Tural Nəbiyev adlı sosial şəbəkə istifadəçisi qarşılaşdığı xoş olmayan hadisə ilə bağlı feysbuk hesabında məlumat verib. Onun sözlərinə görə, “Zəhra Bulağı” ad altında qazlı su alıb. Daha sonra butulkaya diqqətlə baxdıqda görüb ki, şüşə qablaşdırma əslində “Sirab” sularınındır.

Bundan əlavə olaraq Tural Nəbiyev bildirir ki, qablaşdırmanın içərisindəki su arx suyundan da çirklidir.

Aysel Fərziyeva Aysel Fərziyeva

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb.

“Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək. Nəticələr barədə ətraflı məlumat veriləcək.

Vətəndaşlardan xahiş edirik ki, belə hallarla qarşılaşdıqda qida məhsulunun adı, istehsal tarixi, istehsal partiyası, istehsalçı şirkət, satış şəbəkəsinin adı və ünvanı kimi konkret məlumatları göstərməklə Agentliyin 1003 Çağrı Mərkəzinə zəng edib məlumat versinlər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »