Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan iqtisadiyyatını böhrandan çıxarmaq mümkün deyil - Dünya Bankı
Ermənistan iqtisadiyyatını böhrandan çıxarmaq mümkün deyil - Dünya Bankı

Ermənistan iqtisadiyyatında İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətindən sonra daha da çətin vəziyyət yaranıb. Ölkə mətbuatında əhalinin xarici dövlətlərə, xüsusilə Rusiyaya kütləvi axını ilə bağlı mütəmadi məlumatlar yayılır.

Ermənistan əsilli fikir adamları, bir vaxtlar kənar qüvvələrə güvənib qonşu dövlətlərə ərazi iddiası qaldıran Ermənistanın indi dövlət kimi mövcud olub-olmaması barədə həyəcanlı fikirlər səsləndirirlər.

“Hazırda Ermənistan cəmiyyətində ailə qurmaq, hətta dünyaya uşaq gətirmək istəyən gənclər yoxdur”. Bu sözləri Ermənistan politoloqu Tevos Arşakyan deyib.

“Ermənistan xalqına artıq heç nə kömək edə bilməyəcək. Bizim hakimiyyət 3 uşağa görə 100 dollar söz verir. Bu, gülməlidir. Ümumiyyətlə, indi bizim gəncləri nə nikah, nə ailə, nə də uşaq düşündürür. Onları yalnız, tezliklə Ermənistandan qaçıb getmək düşündürür. Ermənistanda iş yox, heç bir perspektiv yoxdur. Hökumət isə yaxın illərdə Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün strategiyadan danışır”,- deyə politoloq bildirib.

Dünya Bankının hesabatında da Ermənistanın düşdüyü ağır iqtisadi çətinlik xüsusilə qeyd olunub. Bu barədə iqtisadçı Razi Abasbəyli Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, Dünya Bankının ötən həftə açıqladığı hesabata görə, Azərbaycanla müharibədən sonra ağır məğlubiyyətə uğrayan Ermənistanda ciddi iqtisadi problemlər yaranıb:

Razi Abasbəyli Razi Abasbəyli

“Həm müharibədəki ağır məğlubiyyət, həm də pandemiya ilə aparılan mübarizənin effektiv olmaması səbəbindən Ermənistan iqtisadiyyatı 7,4 faiz kiçilib. Hesabata əsasən kiçilmə və böhran əsasən pensiya və təqaüdçülərin, o cümlədən də büdcə təşkilatlarında çalışanların sosial vəziyyətini ağırlaşdırıb.

Dünya Bankının hesabatında qeyd edilir ki, hökumətin hərbi məğlubiyyətdən sonra xərcləri kəskin artıb. Xərc paketləri və bəzi vergi güzəştlərinin tətbiq edilməməsi səbəbindən dövlətin borclarının 2020 -ci ildə Ümumi Daxili Məhsulun 67,4 faizinə qədər artmasına gətirib çıxarıb. İqtisadiyyatda geriləmədən xilas olmaq istəyən Rəsmi İrəvanın dərinləşən struktur problemləri, ölkənin zəif iqtisadi potensialı, qocalmış əhalinin maliyyə problemləri və əhəmiyyətli sayda insanın mühacirətə yollanması nəticə etibarilə vəziyyəti bir qədər də drammatikləşdirir. Hesabata əsasən, 2022-ci ildə də Ermənistan iqtisadiyyatında müsbət dəyişiklik əlamətləri qeydə alınmayacaq”.

Belə yerdə “özü yıxılan ağlamaz” da demək olar. Amma ikili standartlarla idarə olunan dünyada “quduz itləri” bəsləyib onlardan yararlananlar tapılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »