Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəm qazından zəhərlənmənin əlamətləri və fəsadları
Dəm qazından zəhərlənmənin əlamətləri və fəsadları

Hər kəs onu "səssiz qatil" adlanırır. Çünki səssiz gəlir. Varlığını hiss edə bilmirsən. Hər il onlarla insan, bu qatilin qurbanına çevrilir. Bunun qarşısını almaq öz əlimizdə olsa da, çox zaman laqeydliklə yanaşmağımız səssiz ölümə gətirib çıxarır.

Dəm qazı və yaxud karbonmonoksit - təbii qaz, qaz yağı, benzin, balon qazı, kömür və odun kimi tərkibində karbon olan yanacaqların yanması və ya tam yanmaması nəticəsində yaranan zəhərli qazdır. Dadsız, rəngsiz və qoxusuz olan hiss edilmədiyi üçün bu qaz, səssiz qatil adlanır. Hər zaman yazırıq ki, biz səssiz qatilə qarşı təbirlər görməliyik, ancaq təəssüf olsun ki, səssiz qatil həyatlarımıza daxil olmağın bir yolunu tapır.

Qaz məsələləri üzrə ekspert Nüsrət Qasımov, Bizimyol.info saytına açıqlamasında bildirib ki, dəm qazı tərkibində karbon olan yanacaqların havalandırma sistemi olmayan yerlərdə yandırılması zamanı, mədənlərdə yanğın zamanı digər toksiki qazlarla, qarajlarda və s. yerlərdə yaranır. Bu mühitdə qalan şəxslər, dəm qazı zəhərlənməsi yaşayır.

Karbonmonoksid, ağciyər vasitəsilə qana keçir. Qırmızı qan hüceyrələri daxilində olan və toxumalara oksigen daşıyan hemoqlobinə oksigendən 200 dəfə artıq sürətlə bağlanır. Karbonmonoksid, hemoqlobinlə birləşməsi nəticəsində karboksihemoqlobin yaranır. Bədəndə olan oksigen azalaraq, yerini karbonmonoksidə verir. Qan toxumaları yetərli qədər oksigen daşıya bilmir. Bu zaman ürək, beyin və digər orqanlar fəaliyyətini dayandırır və ölüm baş verir.

Dəm qazı zəhərlənməsinin əlamətləri...

Kəskin zəhərlənmə zamanı narahatlıq, yorğunluq və qrip kimi hiss etmə, şiddətli baş ağrısı, baş gicəllənməsi, unutqanlıq, ürək bulanma, qusma, qarın ağrısı, sinədə ağrı və ürək döyüntülərinin artması, yuxulama, zehin qarışıqlığı, depressiya, hərəkətsizlik, halusinasiya, gərginlik, görmə qabiliyyətinin itməsi, sidik və nəcisi saxlaya bilməmək, ürəkgetmə, koma, nəfəsin dayanması və ölüm müşahidə edilir.

Karbonmonoksid zəhərlənmələri; hamilələr, iki yaşından kiçik uşaqlar, yaşlılar, qan azlığı, nəfəs yolu xəstəliklərindən əziyyət çəkən və ürək xəstəlikləri olan şəxslər üçün daha böyük risk daşıyır.

Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, dəm qazından zəhərlənmə zamanı, xəstə ilk olaraq həmin mühitdən çıxarılmalıdır. Xəstəyə oksigen verilməlidir. Əgər xəstə nəfəs alırsa, açıq havaya çıxarılan zaman dəm qazının ömrü 250-325 dəqiqə olur. Xəstəyə 100 faiz oksigen verilirsə, bu 75-83 dəqiqəyə düşür. Bəzən, müalicə 13 saata qədər uzana bilər. Xəstəyə 4 saat 100 faiz oksigen vermək, sağala bilməsi üçün yetərlidir. Bu müddət ərzində bütün simptomlar keçir və heç bir fəsad yoxdursa, xəstə evə buraxılır.

Səssiz qatildən necə qorunmaq olar?

Ekspert N.Qasımov bildirir ki, hər il payız-qış aylarında qaz sobaları yoxlanılmalıdır. Təbii qaz cihazlarına yetərli qədər oksigenin daxil olması təmin edilməlidir. Buna görə, pəncərələrdən içəri oksigen daxil olması üçün kiçik yerlər açılmalıdır. Sobaya yaxın olan otaqların havası tez-tez dəyişdirilməlidir. Baca və soba, bir-birinə düzgün bağlanmaldır. Evə soba qoyulduğu zaman çalışmaq lazımdır ki, bacalar dirsəkli olmasın. Tüstü bacaları, mütəmadi olaraq təmizlənməlidir. Sobalar, professional ustalar tərəfindən quraşdırılmalıdır. Hamam otaqlarının da havası tez-tez dəyişdirilməlidir. Qapalı yerlərdə və qarajlarda mühərrikli vasitələr işlək vəziyyətə gətirilməməlidir.

Mütəxəssislərin fikrincə,dəm qazı zəhərlənməsindən xilas olan şəxslərdə, bu zəhərlənmənin fəsadları qalır. Bu fəsadlar özünü ürəkdə, beyində göstərir. Bəzən evlərdə sobalar qeyri-peşəkarcasına quraşdırılır, tüstü bacaları düzgün yerləşdirilmir. Bu zaman, dəm qazı təhlükəsi daha çox artmış olur.

Bəzi ölkələrdə dəm qazına qarşı xüsusi cihazlar satılır. Bu cihazlar divara vurulur və dəm qazı təhlükəsi varsa, cihaz siqnal vasitəsilə xəbərdarlıq edir.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »