Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələn zənglərə aldanmayın: Hesabınız soyula bilər
Gələn zənglərə aldanmayın: Hesabınız soyula bilər

Yəqin ki bir çoxlarınız bank hesabları ilə bağlı başladılan soyğunçuluq üsulundan xəbərdarsınız. Xəbardar deyilsənizsə, bu barədə biraz məlumat verək...

Deməli, vətəndaşlara naməlum nömrələrdən zənglər gəlir. Dəstəyi qaldıran kimi ya Rus dilində, yada elə Azərbaycan dilində çox mədəni danışan xanım və ya bəyin səsi eşidilir: “Bankın əməkdaşıdır sizi narahat edən”. Müştərini özünün bank işçisi olduğa inandırdıqdan sonra isə bank hesabını yoxlamaq, balansı bir hesabdan digər hesaba köçürmək bəhanələri ilə müştəridən şifrə tələb edirlər.

Müştəri isə bunun yalan ola biləcəyini heç düşünmədən, bank şifrələrini həmin şəxslərə bildirir. Şifrəni verdikdən sonra isə olanlar olur. Bir anın içərisində müştərinin hesabındakı pullar ələ keçirilir.

Bank müştərisi isə bunu başa düşən zaman artıq gecikmiş olur. Həmin nömrələrə sonradan nə qədər yığsalar da ya zəng çatmır, ya da telefonun tamamilə başqa şəxslərə aid olduğu məlum olur. Hətta bu nömrələrin bəziləri xarici ölkələrə də məxsus olmuş olur.

Hesabı soyulmuş bank müştərisi isə bilmir dərdini kimə desin, pulunu kimdən tələb etsin. Banklar isə aldanan müştəriyə bildirir ki, “bizlik deyil. Get dərdini polisə danış”.

Burada maraqlı olan məsələ isə ondan ibarətdir ki, bu fırıldıqçıların bank müştərilərinin siyahısını, nömrələrini, adlarını hardan bilməsi hələ də sual altındadır...

Artıq uzun bir müddətdir bu fırıldaqçılıq üsulu davam edir. Bu fırıldağa aldanan insanaların sayı isə heç də az deyil. Çalışın aldanmayın...

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »