Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?

Pandemiyadan sonra kirayə mənzil bazarına olan maraq bir xeyli azalıb. Lakin nə qədər qəribədə səslənsə, marağın azalmasına baxmayaraq, kirayə qiymətləri əvvəlki kimi yüksək qalmaqda davam edir. Məsələn, yeni tikili binada 1 otaq 500 manat, 2 otaq 1000 manat və s.

Ekspertlər isə bildirilər ki, yeni tikilmiş binalardakı qiymətlər qulağa yüksək gəlsədə əslində bu mənzillərin alış qiyməti ilə müqayisədə çox nomal hesab edilməlidir.

Bəs bu evlərdə qalan kimlərdir? Orta aylıq əməkhaqqı ilə müqayisədə qat-qat baha olan mənzillərdə kimlər yaşayır?

Əmlak eksperti Elnur Fərzəliyev Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, yüksək qiymətə verilən kirayə mənzillərində qalanların əksəriyyəti xarici vətəndaşlar olur.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Biz hamımız köhnə, sovet evlərinin kirayə qiymətinə öyrəşmişik. Yeni tikili binadakı qiymətlər bizə çatmır.  Yeni binalarda kirayə qalan insanların 90 faizi xarici vətəndaşlardır. Pandemiyaya qədər burada xarici tələbələr, iş adamları, səfirlik işçiləri olurdu və bu insanların əksəriyyətinin kirayə haqqını işlədikləri müəssisə verirdi. Pandemiyadan sonra isə bu evlərin əksəriyəti bu günə qədər boş qalıb. Çünki sıradan bir azərbaycanlı ailə gedib həmin evlərə 1000 manat kirayə pulu vermək gücündə deyil.  Ölkədə kiyarə mənzillər daha çox köhnə tikili binalarda verilir. Məsələn, 1 otaq 300 manat, 2 otaq 400 manat, 3o taq 500 manat. Yeni tikili binalarda isə qiymətlər fərqlidir”,- deyə ekspert bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› Yas içindəykən... etiraz
Son xəbərlər
Bütün xəbərlər »