Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimlər insana donuz böyrəyi köçürüblər
Həkimlər insana donuz böyrəyi köçürüblər

Nyu -Yorkda cərrahlar genei dəyişdirilmiş donuzun böyrəyinin insana köçürülməsi üçün əməliyyat keçiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "New-York Times" məlumat verib.

Əməliyyatı həyata keçirən Nyu-York Transplantologiya İnstitutunun direktoru Robert Montgomery, orqanın normal işlədiyini, böyrəyin demək olar ki, dərhal sidik və tullantıların bədəndən xaric etməyə başladığını söyləyib. Həkim böyrək köçürülən adamın beyni öldüyü üçün tənəffüs aparatına bağlı olduğunu qeyd edib.

Cərrah, geni dəyişdirilmiş donuzların insanlar üçün davamlı və yenilənə bilən orqan mənbəyi olma potensialına sahib olduqlarını söyləyib.

Araşdırmaya qatılan transplant cərrahiyyəsi professoru əməliyyatı "tibb elmində böyük bir irəlliləyiş və çox böyük uğur" adlandırıb.

"Elm adamları donuz orqanlarının insanlara nəqlində effekli nəticə alsalar, bu, təkcə Amerikada transplantasiya üçün növbədə olan təxminən 100 min insanın həyatını xilas edə bilər", - deyə Amerika nəşrin yazıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »