Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarovadan İngiltərə Baş Qərargah rəisinə cavab: "Artıq XXI əsrdir"
Zaxarovadan İngiltərə Baş Qərargah rəisinə cavab: "Artıq XXI əsrdir"

"İngiltərə ordusunun Baş Qərargah rəisi Nikolas Karterin Rusiyanın London üçün "kritik təhlükə mənbəyi" olmasını söyləməsi, psixoloqla söhbətin sitatlarının mikrofonda səslənəndirilməsinə bənzəyir".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında yazıb.

"Kritik təhdid" və "xroniki problem" ilə bağlı ifadələr daha çox psixoloqla söhbət zamanı işlədilən cümlələrdə istifadə edilir. Yalnız Baş Qərargah rəisi bunu mikrofonla deməyə üstünlük verib", - deyə Rusiyalı diplomat bildirib.

Zaxarova əlavə etdi ki, bəşəriyyət Karterin dediyi kimi çoxqütblü bir dünyaya girmir, artıq uzun müddətdir ki, orada yaşayır.

"Çoxqütblü dünya, krallığının avtoritar rəqiblərlə rəqabəti demək deyil. Birincisi, qütblər yaradıcı və konstruktiv bir şey üçün ortaq axtaran ölkələrin maraqlarının yaxınlaşma mərkəzləridir. NATO ideologiyası və əvvəlcə regional mühitdə fikir ayrılığına yönəlmiş hər hansı digər üçlü müdafiə ittifaqları çoxqütblülüyün əlaməti deyil, Qərbin tətbiq etməyə çalışdığı 20-ci əsrin "geopolitik bipolyar pozğunluğunun" əlamətidir. Xatırladım ki, artıq 21-ci əsrdir. Üçüncüsü, tarixdə İngiltərədən daha avtoritar oyunçu tapmaq çox çətindir",- deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, Karter Vaşinqtondakı Yeni Amerika Təhlükəsizliyi Mərkəzində çıxış edərək, dünyanın çoxqütblü dövrə qədəm qoyduğunu, İngiltərənin "bir sıra avtoritar rəqiblərlə" davamlı rəqabət apardığını söyləyib. Bu kontekstdə, "kritik təhlükə mənbəyi" Rusiya və London üçün "xroniki sistem problemi"nə çevrilmiş Çinin olduğunu qeyd edib.

Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »