Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov Ərdoğanın BMT TŞ-nın "beşliyi" ilə bağlı sözlərinə münasibət bildirib
Lavrov Ərdoğanın BMT TŞ-nın "beşliyi" ilə bağlı sözlərinə münasibət bildirib

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə bağlı bəyanatını şərh edərkən, "beşliyin" dünyanın taleyini diktə etmək hüququnun olmadığını qəbul etdiyini söyləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

Lavrov deyib ki, Prezident Ərdoğanın bəlağətli natiqlik qabiliyyəti hər kəsə məlumdur: "O, müxtəlif mövzularda sərbəst danışır. Onun Təhlükəsizlik Şurasının beş daimi üzvünün dünyanın taleyini diktə etmək haqqı olmadığı fikri ilə razıyam. Onların haqqı yoxdur və buna iddialı da deyillər. Beşlik Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində yazılan səlahiyyətləri daxilində fəaliyyət göstərir",- deyə Lavrov jurnalistlərə bildirib.

Qeyd edək ki, R.T.Ərdoğan Anqolaya səfəri zamanı bildirib ki, bəşəriyyətin taleyi İkinci Dünya Müharibəsində qalib gələn "bir ovuc ölkənin" öhdəsinə buraxılmamalıdır. Onun sözlərinə görə, dünya dəyişərkən, diplomatiya, ticarət, beynəlxalq münasibətlər köklü dəyişikliklərə məruz qalarkən, qlobal təhlükəsizliyin arxitekturasının eyni qalması ağlasığmazdır. Türkiyə Prezidenti "dünyanın beşdən çox olduğunu" vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »