Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəklə bağlı təlimlər başlayır
Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəklə bağlı təlimlər başlayır

Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsinin dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində beynəlxalq təcrübə ilə tanışlıq və bu sahədə biliklərin təkmilləşdirilməsi məqsədi ilə jurnalistlər üçün təlimlərə start verilir.

Təlimlərin keçirilməsində məqsəd məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində jurnalistlər, müxbirlər və jurnalistika fakültəsinin tələbələri üçün məişət zorakılığının düzgün şəkildə işıqlandırılması, ictimaiyyətə dəstək mexanizmləri barədə lazımi məlumatların çatdırılması və zorakı davranış stereotiplərinin dəyişdirilməsi, eləcə də gender bərabərliyi və gender əsaslı zorakılıq barədə məlumatlılığın artırılmasıdır.

19-22 oktyabr tarixlərində baş tutacaq üçgünlük təlimlərin açılış mərasimi 19 oktyabr 2021-ci il tarixində Bakı Dövlət Universitetinin (ünvan: Zahid Xəlilov küç. 23) yeni tədris korpusunun 1-ci mərtəbəsində yerləşən konfrans zalında keçiriləcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »