Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsl sürücülük təlimçisi necə olmalıdır?..
Əsl sürücülük təlimçisi necə olmalıdır?..

Son zamanlar ölkədə avtomobil sürücüsü təlimçilərinin sayı artıb. Bəzi sürücülər bir peşə məktəbi ilə müqavilə bağlayır və təlimçi işarəsi yapışdırıb fəaliyyət göstərirlər. Bu isə, Bakı küçələrində savadsız sürücülərin artması deməkdir. Belə sürücülər isə yol hərəkəti üçün potensial təhlükədir. Bəlkə də buna görədir ki, 9 ay ərzində təkcə paytaxt ərazisində 354 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar zamanı 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əsl sürücülük təlimçisi necə olmalıdır?

Mütəxəssislərin fikirincə, əsl təlimçinin özünün ən azı 7-8 il sürücülük təcrübəsi olmalıdır. Bununla yanaşı, təlimçi kimi fəaliyyətə başlamamışdan öncə testdən keçməlidir.

Təlimçi Sərvər İmanov Bizimyol.info saytına bildirib ki, bu gün təlimçi işləmək, çox sürücünün gözünə asan görünür. Bəzən özü sürücü kimi tam formalaşmamış şəxslər təlimçilik edirlər. Bu da Bakı küçələrində bisavad sürücülərin olması ilə nəticələnir.

"Təlimçi, daim öz üzərində işləməli, səbrli olmalıdır. Dərs keçmək, həm də təhlükəli vasitə üzərində dərs keçmək asan məsələ deyil. Bəzi sürücülər, bunu adi qəbul edir. Bu isə heç də yaxşı nəticə vermir" - deyən təlimçi, qadın təlimçilərdən də söz açıb. Onun sözlərinə görə, Bakı küçələrində elə qadın təlimçilər var ki, özləri qaydaları və onlara düzgün əməl etməyi bilmir. Təlimçi hesab edir ki, bu sahənin də üzərində xüsusi nəzarət olmalı və hər kəs üçün təlimçi olmaq bu qədər asan olmamalıdır.

S.İmanovun sözlərinə görə, sürücü namizədlərinin sürcülüyü tam qavraması müxtəlif müddətə başa gəlir. Yəni, bu fərdi məsələdir: "Gənclər 10-12 dərsə, orta yaşlılar isə bəzən 20 dərsə tam sürücülüyü qavraya bilir. Bir tələbə 40 dərsə öyrənə bilmişdi. Amma bu, hələ o demək deyil ki, bu dərslərdən sonra o yola çıxıb sərbəst avtomobil idarə edə bilər. Bəzi sürücülər, bir müddət yaxın ərazilərdə sürməyə çalışmalıdır. Şəhərə çıxmaq isə cəsarət tələb edir. Tıxaclar və aqressiv sürücülərlə eyni şəhərdə avtomobil idarə etmək asan məsələ deyil".

Təlimçi onu da əlavə edib ki, qadınlar, sürücülüyü öyrənən zaman daha diqqətli olmalıdır. Çünki sükan arxasında laqeydlik ağır nəticələr verə bilər.

"Avtomobil idarə etmək, asan və təhlükəli bir prosesdir. Özünə inamın olmalıdır. Mən bacararam deyə düşünməlisən. Və eyni zamanda heç kimə zərər verməməyi də nəzərdə saxlamalısan. Gözlərin güzgülərdə olmalıdır və bunu eyni anda etməyi bacarmalısan. Avtomobildə qazla əyləcin yerini səhv salmamalısan. Onların yerini gözüyumulu hisslərlə bilməlisən. Avtomobil idarə edərkən, qarşıdakı maneəni, piyadanı, digər avtomobilləri, gələ biləcək təhlükəliləri hər an gözləyib hazır olmalısan" - deyə təlimçi qeyd edib.

S.İmanovun fikrincə, müqayisə etsək, qadın sürücülər sonda, yeni öyrənən kişi sürücüdən avtomobilə daha yaxşı hakim olur. Şəhər yollarında sürməyə meyilli olur və çəkinmir.

Qeyd edək ki, sürücü namizədləri, təlimçi yanına getdikdən sonra imtahanlara hazırlaşır. İmtahanlardan keçdikdən sonra sürücülük vəsiqəsi ala bilir. Amma bəzi sürücülər var ki, sürücülük vəsiqəsi aldıqdan sonra belə, təlimçilərə üz tuturlar. Təlimin saatı isə, müəlliminə görə dəyişir. Təbii ki, özünə güvənən, bacarıqlı, təcrübəli təlimçilərin keçdiyi dərsin qiyməti digərlərindən fərqli olur. Ümumi olaraq isə, təlimin saat qiyməti 25-30 manat arasında dəyişir. Belə yaxşı sürücü olmaq üçün yaxşı təlimçin olmalıdır. Sürücülüyü kor-koranə və ya dost-tanışdan öyrənməklə sükan arxasında oturmaq, istər sizin üçün istərsə də yol hərəkəti iştirakçıları üçün potensial təhlükədir. Buna görə də "həyatınızı" təcrübəli təlimçilərə etibar edin.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər