Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobilə qış qulluğu necə olmalıdır: Vacib tövsiyələr
Avtomobilə qış qulluğu necə olmalıdır: Vacib tövsiyələr

Qarşıdan qış gəlir. Qışda avtomobillərdə xüsusi qulluq tələb edir. Çünki soyuq havalar avtomobildə olan bütün problemləri üzə çıxarır. Adi halda sürücü üçün heç bir narahatlığa səbəb olmayan kiçik problem qşda ölümcül təsir göstərə bilər. Buna görədə qışda avtomobilə qulluq çox önəmlidir.

"Avtomobilinizə qulluq, sizi təhlükəsizlikdə saxlamaqla yanaşı, avtomobilin ömrünü uzadır və qiymətini ucuzlaşdırmır. Dövrü qulluq, avtomobil idarə edənləri çox sıxıntıdan qurtara bilər. Avtomobilə qış qulluğu, bu baxımdan çox önəmlidir".

Bu barədə Bizimyol.info saytına danışan avtomobil ustası İlqar Əliyev qeyd edib ki, qış qulluğu üçün sürücülər ustalara müraciət etməlidir. Əgər avtomobil servisdən alınıbsa, qış qulluğunu servislərdə həyata keçirirlər.

İ.Əliyev qeyd edib ki, qış üçün avtomobillərin mühərriki sazlanmalıdır. Normal havalarda çox da yaxşı işləməyən mühərrik pis hava şəraitində daha ağır işləyir və ya işləməyə bilər.

"Mühərrikin dayanma, sürət azlığı və s. problemləri varsa, mütləq ustaya müraciət edin. Bununla yanaşı hava, yanacaq filtrləri, əyləc sistemi və s. yoxlamadan keçirilməlidir. Ehtiyac olduğu təqdirdə, bu hissələr dəyişdirilir. Yanacağın yanacaq çənində donmaması üçün ayda 1 dəfə şüşənin buz bağlamağının qarşısını alan maddələrdən tökün. Yanacaq çəniniz, hər zaman yarıdan dolu olmalıdır. Dolu olan yanacaq çəni, borularda olan donmanın qarşısını alacaq".

Usta bildirib ki, mühərrikin yağı və yağ filtri müəyyən edilmiş müddətdə dəyişdirilməlidir. Avtomobilin soyutma sistemi isə iki ildən bir dəyişdirilməlidir. Soyutma məhlulunun səviyyəsi və vəziyyətinə nəzarət edilməli, azalbsa, əlavə edilməlidir. Adətən, buna 50\50 antifriz su qarışığı əlavə edilir. Mühərrik tamamilə soyumadan radiatorun qapağını açmayın. Termostatın işləyib-işləmədiyini, kəmərlərin və xortumların sıxlığını daim nəzarətdə saxlayın.

Qış üçün şüşəsilənlərə də qulluq edilməlidir. Şüşələr və şüşəsilənlər təmiz saxlanılmalıdır. Şüşəsilənlərin işlədiyinə əmin olmadan yola çıxmayın. Aşınmış və sərtləşmiş şüşəsilənləri dəyişdirin.

"Tapa bilsəniz, buz bağlamağın qarşısını almaq üçün rezinli silən alın. Şüşəsilən su çəninin daim dolu olmasına diqqət yetirin. Sürücünün yolu görməsini aydın saxlamaq üçün isidici-defrosterin saz vəziyyətdə olması lazımdır. Hər hansı bir problem varsa, qarşısını almağa çalışın",- deyə usta bildirib.

Qış qulluğu zamanı avtomobilin bütün işıqları yoxlanılmalıdır. Yalnız faraların üzəri təmizləndikdən sonra yola çıxın.

"Avtomobilinizi bağlı qarajda işə salmayın. Avtomobilin işlətmə sisteminin dumanı, ölümcül zəhərli ola bilər. Bütün bunlarla yanaşı, avtomobilnizdə hər zaman əlavə təkər saxlayın. Əyləc sistemini nəzarətdən keçirin",- deyən usta bildirib ki, qış aylarında avtomobillər ən azı ayda iki dəfə yuyulmalıdır. Bu zaman, avtomobilin metal qisimləri çürüməyəcək və rəngi solmayacaq.

Üzü yaza gedən zaman avtomobilinizi cilalatdırın. Qış aylarında avtomobilin içini ən azı ayda bir dəfə təmizlətdirin.

Avtomobilinizdə təhlükəsizliyiniz üçün ilkyardım çantası, xəbərdarlıq nişanları, alətlər çantası, təkər zəncirləri, kiçik bir kürək, əlcək, əl fənəri və s. saxlayın.

Azərbaycanın yolları baxımsız olduğu üçün, bunu nəzərə alaraq qışda qış təkərləri taxdırmağı da düşünün. Məsələn; qış təkəri olmadan, buz bağlamış Bakı-Quba yolunun yamaqlarından necə keçəcəyinizi öncədən göz önünə gətirin...

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »