Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
Yeni Füzuli şəhərinin baş planı necə olacaq...

Azər Badamov: “Füzulidə 50 minlik yeni şəhər yaradılacaq”

Vüqar Bayramov: “Füzuli azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq”

Oktyabrın 17-də Füzuli rayonunun Ermənistan ordusunun işğalından azad olunmasının 1 ili tamam oldu. Elə ki, ötən ilin oktyabrın 17-də Füzuli şəhəri uğrunda Azərbaycan ordusu uğurlu əməliyyatlar həyata keçirərək ermənilərin 30 il ərzində qurduğu güclü müdafiə xəttini yardı və rayon ərazisi işğaldan tamamilə azad edildi.

Bütün ərazlərimiz azad olunduqdan sonra yenidənqurma, tikinti və bərpa işləri sürətləndi. Bölgədə görülən işlər sırasında, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verildi, eləcə də rayonun enerji ilə təmin edilməsi məqsədi ilə “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməli qoyuldu. Rayon ərazisində yol infrastrukturunun yenidən qurulması, həmçinin qonuş rayonlarla gediş-gəlişin təmin olunması qarşıya qoyulan əsas planlardan biri idi. Artıq planın həyata keçirilməsinə başlanılıb. Belə ki, hazırda Füzuli-Şuşa magistral yolunun, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarının çəkilişi həyata keçirilir və Füzuli-Ağdam yolunun təməli qoyulub.

Artıq Füzuli şəhərinin baş planı təqdiq edilib, Füzuli Memorial Kompleksi və Füzuli şəhərinin təməl daşı qoyulub.

Azər Badamov Azər Badamov

Torpaqlarımızın işğaldan azad olunduqdan sonra qısa müddət ərzində böyük layihələrin icra olunduğunu deyən Milli Məclisin deputatı Azər Badamov Bizimyol,info saytına açıqlamasında, bu ərazilərdə dövlət tərəfindən görülən işlərin əsas qayəsini də açıqladı: “Dövlətimiz çalışır ki, azad olunmuş bütün ərazilərimiz qısa müddət ərzində yenidən cənnətə çevrilsin və əhali yenidən öz yurduna dönsün. Həyata keçirilən bütün layihələr buna xidmət edir”.

Artıq Füzuli şəhərinin baş planının da təsdiq olunduğunu söyləyən deputat qeyd etdi ki, yeni iş yerlərinin açıqlması üçün rayon ərazisində yeni müəssisələrin, fabrik və zavodların da tikintisi həyata keçiriləcək. 30 il işğal altında qalan ərazilərimizin, eləcə də Füzuli rayonunun yenidən canlandırılması istiqamətində görülən işlər böyük əhəmiyyət kəsb edir. Çünki, bu ərtazilərdə düşmən böyük müdafiə istehkamları qurmuş və mövqelərini möhkəmləndirmişdi. Onlar heç zaman Azərbaycan ordusunun bu mövqeləri qısa müddət ərzində darmadağın edəcəyini və əraziləri azad edəcəyini güman etmirdilər”.

Qeyd edək ki, Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin əsası qoyulub. Bu layihənin beş kəndi birləşdirməsi, ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulub ki, bu da Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olduğunu göstərir.

“Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarının mahiyyətini açıqlayan həmsöhbətimiz bildirdi ki, bunlar dünyanın ən ağıllı şəhər və kənd layihələridir: “Azad olunmuş ərazilərimizdə icra olunacaq bu layihələr dünyada ilk olacaq. Burada müasir və innovativ texnologiyalarla təchiz olumuş yaşayış qurulacaq və insanlarımızın rahatlığı maksimum dərəcədə təmin olunacaq. Bu məntəqələrdə sakinlər dünyanın ən inkişaf etmiş yaşayış məntəqələrinin sakinləri ilə müqayisə olunacaq. Əslində dövlətimiz heç kimdən maliyyə dəstəyi almadan bu cür iri layihələri icra etməklə, bizə qarşı düşmən mövqeyində dayanan dövlətlərə və siyasi qüvvələrə bir mesaj verir”.

Onun sözlərinə görə, təsdiq olunmuş yeni baş plana uyğun olaraq, Füzulidə 50 minlik yeni şəhərin yaradılması nəzərdə tutulub: “Şəhərdə yeni məhəllələr salınacaq və 4-5 mərtəbələi yaşayış binaların tikintisi aparılacaq. Bir sözlə şəhərə məxsus bütün infrastrukturlar formalaşdırılacaq”.

Vüqar Bayramov Vüqar Bayramov

Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov özünü sosial şəbəkə profilində, Füzuli şəhərinin baş planının tərkib hissəsi ilə bağlı qısa məlumat paylaşıb. Prezident İlham Əliyev tərəfindən “Qarabağın hava qapısı” elan edilən Füzuli şəhərinin yenidən canlanacağını deyən deputat qeyd edib ki, ermənilər tərəfindən tamamilə dağıdılan və viran edilən şəhər növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək.

Onun sözlərinə görə, müasir standartlar və memarlıq xüsuiyyətlərinə uyğun inşa ediləcək Füzuli azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq: “Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək”.

V.Bayramov, əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacağını da diqqətə çatdırıb: “Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur”.

O, Füzuli şəhərinin yalnız hündürmərtəbə binalardan ibarət olmayacağını vurğulayıb: “Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. İlkin qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə uzun müddət işğal altında qalan öz yurdlarına qayıdacaqlar”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »