Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video

Futbol üzrə Ukraynanın ikinci liqasında mübarizə aparan “Kremin”in oyunçusu Vitali Boyko çox böyük cəza ala bilər. Onun futboldan birdəfəlik uzaqlaşdırılması da mümkündür.

Bizimyol.info xəbər verir ki, Boykonun günahı rəqib komandanın qoluna sevinməsidir. Hadisə oktyabrın 2-də baş verib. “Ujqorod” – “Kremin” (2:0) qarşılaşmasının videogörüntülərinə diqqətlə baxanda Kremençuk klubunun 18 nömrəli oyunçusunun meydan sahiblərinin hesabda irəli çıxmasına sevinməsi nəzərə çarpır.

Ukrayna Futbol Federasiyası məsələni diqqət mərkəzinə götürüb. Çünki rəqib komandanın qoluna sevinmək normal davranış tərzi deyilir. Belə hallarda futbolçulardan oyun alveri ilə bağlı şübhələnmək mümkündür.

Ukrayna Futbol Federasiyasının İntizam Komitəsinin Vitali Boykonu ən azı uzun müddət futboldan kənarda qoyması gözlənilir. Futbolçu isə özünə haqq qazandırır. O, sevindiyindən yox, əsəbiləşdiyindən əllərini yuxarı qaldığını bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »