Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir

Hərbi Qənimətlər Parkının açılışı əvvəldən Ermənistanı qıcıqlandırmışdı. Müharibədə düşmənini darmadağın edilməsinin fərqli ifadəsi qarşı tərəfi xüsusi sarsıtmışdı. Bir müddətdir Hərbi Qənimətlər Parkında erməni əsgərlərin maketləri və dəbilqələri yığışdırılıb. Parkın əməkdaşları mətbuata təmir üçün belə addım atıldığını bildirib. İrəvan isə tələbinin yerinə yetirildiyini iddia edir.

Bizimyol.info xəbər verir ki, Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir. İrəvanın Beynəlxalq Ədalət Məhkəməsindəki nümayəndəsi Yeqişe Kirakosyan maketləri və dəbilqələri tələb edərək yığışdırdıqlarını deyib. Onun sözlərinə görə, Ermənistan iddia qaldırmasaydı, Azərbaycan maketləri və dəbilqələri oradan götürməyəcəkdi. Belə görünür ki, Bakının rəhmli davranışı qarşı tərəfə cəsarət verib. Buna görə də Hərbi Qənimətlər Parkının bağlanması tələbi ortaya qoyulur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »