Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heroinin çörəkdən ucuz olduği ölkə
Heroinin çörəkdən ucuz olduği ölkə

“Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsi ölkənin gələcəyi ilə bağlı ümidləri xeyli azaldıb. Amma istənilən halda burada vəziyyət çox pis idi. Narkotik istehsalı həm də zərərli maddələrdən istifadə edənlərin sayını inanılmaz dərəcədə artıb. Ölkədə az qala hər 10 nəfərdən 1-i narkotiksiz yaşaya bilmir.

Bizimyol.info xəbər verir ki, təxminən 33 milyon nəfərin yaşadığı Əfqanıstanda 3.5 milyon narkotik istifadəçisi var. Hələ ötən rejim dövründə paytaxt Kabildə açılmış reabilitasiya mərkəzinin baş həkimi Əhməd Zöher Sultani belə deyir. Onun sözlərinə görə, Əfqanıstanda qadın narkoman da az deyil.

“Başqa ölkələrlə müqayisə edəndə rəqəmi dəhşətli adlandırmaq olar. Bizə “İslam əmirliyi” və qeyri-hökumət təşkilatları kömək etsə, daha çox pasiyent qəbul edə bilərik”.

Reabilitasiya mərkəzində 1000 pasiyent üçün çarpayılar var. “Taliban”da da narkomaniyaya qarşı mübarizə iradəsi hiss olunur. Yeni hökumət narkotik istifadəçilərinin toplaşdığı xüsusi yerlərdə reydlər keçirməyə başlayıb. Onlar daha çox körpülərin altında toplaşır. Reydlərdən sonra istifadəçi şəxslər reabilitasiya mərkəzinə yerləşdirilir. Burada onların görkəmi qaydasına salınır.

Reabilitasiya mərkəzinə dəfələrlə düşənlər var.

Pasiyentlərdən biri jurnalistlərdə söhbətində deyib ki, çoxdandır metamfetamin istifadə edirmiş, bir aydır bundan uzaq durmağı bacarıb. O, yaxşılaşacağına, asılılıqdan canını qurtaracağına çox inanır.

“Xəstəxanaya yerləşdirilməyimə görə şadam. Bizimlə çox yaxşı davranırlar. Yemək, su verirlər. Yeyirik, elə burada da yatırıq. Allahın köməyi ilə 45 günə sağalıb evimizə qayıda bilərik”.

“Taliban” narkomaniyaya qarşı mübarizə aparsa da, 90-cı illərdə özü narkotik istehsalının təşəbbüskarı olub. Terror qruplaşmasının məhz bu qara pullar sayəsində iki dəfə ölkədə hakimiyyəti ələ keçirdiyi bildirilir. Amma əfqanlar narkotik bəlasından böyük əziyyət çəkir. Narkotik istifadəçilərinin sayı hər gün artır. Ortaya arzuolunmaz rəqəmlər çıxır. Ölkədə heroin çörəkdən də ucuz qiymətə başa gəlir.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »