Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şagirdin ölümündən sonra məktəblər yenidən bağlana bilərmi...
Şagirdin ölümündən sonra məktəblər yenidən bağlana bilərmi...

Bu gün səhəri 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdinin ölüm xəbəri ilə açdıq. Xəbərdə şagirin ölümün səbəbinin koronavirus olduğu deyilirdi. Lakin hadisə ilə bağlı nə rəsmi, nə də dəqiq məlumat var.

Rəsmi təsdiqini tapmayan bu məlumat qısa müddətdə sürətlə yayılıb və məktəbli övladı olan valideynlərin haqlı narahatçılığına səbəb olub.

Yayılan məlumatın nə dərəcədə doğru olub-olmaması, bu hadisədən sonra məktəblərin yenidən qapanmaya gedib-getməyəcəyi ilə bağlı məlumat almaq üçün Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı.

Təhsil eksperti İlqar Orucov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verərək bildirib ki, şagirdin koronavirusdan dünyasını dəyişməsi təsdiqini tapmamış versiyalardır. “Bu çox acı hadisədir. Hər bir məktəbli bizim dövlətin gələcəyidir. Yekin cavabı ekzpertizanın nəticələri verəcək. Nəticələr açıqlanmamış bunu koronavirusla əlaqələndirmək yalnışdır.

Biz bilirik ki, məktəblilər risk qrupuna daxil deyillər. Amma onlar arasında da anadangəlmə xəstəliyi olanlar da var. Bu səbəbdən də təbii ki, həmin şagirlər üçün məktəb təhlükə mənbəyi ola bilər.

Şagird həqiqətən də koronavirusdan dünyasını dəyişibsə, bu zaman həmin sinif və ya məktəb lokal qapanmaya gedə bilər. Lakin bütün məktəblərin qapanmasından söhbət gedə bilməz. Bunun üçün hələki zərurət yoxdur.

Düşünürəm ki, məktəblərdə mütləq şəkildə qaydalara əməl etmək lazımdır. Məktəb rəhbərliyi, pedaqoji heyət daim buna nəzarət etməlidir. Çünki şagirlər bunu tam anlamırlar və oynamaq, yaxından təmasda olmaq istəyirlər. Maarifləndirmə işlərini daha da güclü aparmaq lazımdır.

Hansısa məktəbdə yoluxma hətta ölüm hadisəsi baş versə belə bu bütün məktəblərin qapanmasına səbəb olmamalıdır”,-deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »