Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama

Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib. Bəzi mənbələrdə R.Quliyevin ölüm səbəbinin koronavirus olduğu bildirilir.

Maraqlıdır ki, indiyə qədər bir çox həkimlər açıqlamalarında bildirirdilər ki, koronavirus uşaqlarda daha yüngül keçir və ölüm halları ilə qarşılaşılmayıb. İndi necə, koronavirus uşaqlarda da kəskin formada keçməyə başlayıb? Artıq uşaqlarda təhlükə altındadırlar?

İnfeksionist Mərdan Əliyev Bizimyol.info-nun sualların cavablandıran zaman bildirib ki, birinci sinif şagirdinin ölüm səbəbinin koronavirus olduğunu düşünmür, çünki bu elmi baxımdan uyğun gəlmir.

“Koronavirus infeksiyası uşaqlarda yüngül keçir. Nadir hallarda ola bilər ki, ağırlaşma olsun. Buna görə də bu məsələni dəqiqləşdirmək lazımdır. Bəlkə koronavirus yox, qrip olub.

Uşaqlarda yüngül keçməsinin əsas səbəbi isə odur ki, bu virus reseptor vasitəsi ilə təsir göstərir. Bu reseptorlar büyüklərdə tam inkişaf etmiş formada olur və virus bu resoptorlara bağlanıb xəstəlik görədir. Uşaqlarda isə bu reseptor inkişaf etməyib, lap kiçik uşaqlarda isə ümumiyyətlə yoxdur. Bu səbəbdən də virus reseptorlara tam bağlana bilmir və uşaqlarda yüngül keçir. Yalnız anadan gəlmə hərhansı patalogiya olarsa, bu istənilən xəstəliyin o cümlədən koronavirusun ağır keçməsinə, ölümcül olmasına səbəb ola bilər.

Delta ştammı isə əvvəlki formada davam edir. Hazırda gənclərin və uşaqların daha çox tutması o səbəbdəndir ki, yaşlılar daha çox və ərkən peyvənd olunublar. Ona görə də növbəti dalğa gənclər və uşaqlar arasında yayılmağa başlayıb. Bunun başqa bir səbəbi də əvvəllər bağçaların, məktəblərin bağlı, indi isə açıq olmasıdır. İndi hər yer açıldığı üçün əvvəllər virusa yoluxmayan insanlar da yoluxmağa başlayıb.

Həkimin sözlərinə görə, hazırda epidemoloji vəziyyət o qədər də pis deyil.

“Qapanmalara getməyə ehtiyac yoxdur. Sadəcə məktəblərdə, siniflərdə yoluxma halları olduqda iki həftə karantinə götürülmə ilə davam etmək olar. Tam bağlanmaya gediləcəyini inanmıram”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »