Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkil: Saakaşvilinin hərəkət etməsi çətinləşib
Vəkil: Saakaşvilinin hərəkət etməsi çətinləşib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanadan Tbilisi klinikalarından birinə köçürülə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Pirveli TV" onun vəkilinə istinadən məlumat verib.

Çərşənbə axşamı həkim briqadası Saakaşvilinin cəza çəkdiyi Rustavi 12 saylı həbsxanasına baş çəkəcək və ölkənin üçüncü prezidentinin 18 günlük aclıq aksiyasından sonrakı vəziyyətini qiymətləndirəcək.

Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidzenin istəyi ilə Səhiyyə Naziri tərəfindən yaradılan altı həkimdən ibarət xüsusi qrup, məhkumu hərtərəfli müayinə edərək onun sağlamlıq vəziyyətini qiymətləndirəcək.

Vəziyyətinin ağır olduğu təqdirdə, Saakaşvili Tbilisi klinikalarından birinə, xüsusən də "Vivamed" klinikasına köçürüləcəyi istisna edilmir.

Kipşidze bildirib ki, keçmiş prezident artıq nəzərəçarpacaq dərəcədə zəifləyib, solğunlaşıb və qəti şəkildə dayandırmaq istəmədiyi uzun müddətli aclıq aksiyası səbəbindən hərəkət etməsi çətinləşib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »