Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya İkinci Dünya Müharibəsində "bir ovuc" qalibdən asılı olmamalıdır
Dünya İkinci Dünya Müharibəsində "bir ovuc" qalibdən asılı olmamalıdır

"Dünyanın gələcəyi yalnız İkinci Dünya Müharibəsində qalib gələn "bir ovuc ölkədən" asılı olmamalıdır".

Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anqola Prezidenti ilə birgə mətbuat konfransında deyib.

Onun fikrincə, qlobal problemləri həll edərkən digər dövlətlərin də fikirlərini nəzərə almaq lazımdır:

"Bəşəriyyətin taleyi İkinci Dünya Müharibəsində qalib gələn bir neçə ölkənin mərhəmətinə buraxıla bilməz və edilməməlidir. Dünya dəyişərkən, diplomatiya, ticarət, beynəlxalq münasibətlər köklü dəyişikliklərə uğrayarkən, qlobal təhlükəsizliyin memarları eyni olaraq qalır, bu ağlasığmazdır".

"BMT Təhlükəsizlik Şurasının "beş" daimi üzvünün dəyişiklikləri nəzərə almaq istəməməsi, İkinci Dünya Müharibəsindən sonra yaranmış status-kvonu qorumaq üçün inadkarlıq etməsi deməkdir" , - deyə dövlət başçısı bildirib.

Bu baxımdan Ərdoğan BMT Təhlükəsizlik Şurasının digər üzvlərinin hüquqlarını genişləndirmək üçün bir yol xəritəsinin hazırlanmasının vacib olduğunu bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »