Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevərkən "ağlını itirən" 4 bürc...
Sevərkən "ağlını itirən" 4 bürc...

Bürclər sevgini, eşqi yaşamaq formasını və istiqamətini müəyyənləşdirir. Bəziləri sevgini içində yaşadığı halda, bəziləri bu duyğuya inanmır, bəziləri isə sevgini iliklərinə qədər yaşaya bilir.

Bəzi bürclər var ki, sevgini dəlicəsinə yaşaya bilir. Ətrafınızda bu bürclərdən olan varsa və onun aşiq olduğuna şahid olmusunuzsa, bizə haqq verəcəksiniz.

Zodiakın ilk bürcü olan Qoç bürcü sevgiyə özünü bütünlüklə təslim edir. Sevdiyi zaman gözü heç nəyi görməz, planla deyil, sadəcə sevgi üçün yaşayar. Münasibətlərində fədakarlıqdan çəkinməzlər. Qoç bürcləri sevdiklərinə elə bağlanarlar ki, sevgini təktərəfli yaşasa belə, uzun müddət davam etdirə bilər. Sevgini öz daxilində yaşasa belə sevgidən vaz keçməzlər. Münasibətdə xoşbəxt olmasalar belə, geri çəkilmək əvəzinə yol axtarar, sevməyə davam edər və sevilməyi gözləyərlər. Aşiq olan bir Qoç bürcü partnyorunu xoşbəxr etmək üçün hər şey edər. Digər tərəfdən Qoçlar münasibətlərində olduqca qısqanc ola bilərlər. Bəzən bu qısqanclıqları ilə qarşı tərəfi də yora bilərlər. Ancaq özləri üçün azadlıq çox önəmlidir. Azad olmağı sevən Qoc bürcləri çox zaman eyni şeyi qarşı tərəf üçün düşünmürlər.

Sevgini iliklərinə qədər yaşayan digər bürc isə Tərəzi bürcüdür. Tərəzi bürcü altında doğulan şəxslər həddən artıq məntiqli və soyuq görünə bilərlər. Ancaq axtardığı insnaı tapdıqları zaman sonuna qədər sevəcəklərinə and içərlər. Tərəzi bürclərinin təbiətində xəyanət yoxdur. Çox sadiq sevgilidirlər. Tərəzi bürcü altında doğulan bir şəxsi sevdiyi insanlar dava edərkən, görmək çox çətindir. Dava-daladan uzaq olmaq istəyən Tərəzilər incinməkdən və incitməkdən çox qorxarlar. Siz dava etməyə çalışsanız belə, Tərəzi bürcündən olan partnyorunuz divar kimi soyuq və hissiz dayana bilər.

Bu sizi dəli etməsin. Sizinlə dava etmirsə, bu sevgidən qaynaqlanır. Söhbətin uzanmaması üçün susmağa üstünlük verərlər. Ancaq unutmayın ki, edilən heç nəyi unutmazlar və zamanı gəldiyində gözləmədiyinizdən böyük bir dava edərlər. Tərəzi bürcləri sevdikləri insanı hər halı ilə qəbul edər Aşiq olduğu zaman partnyoruna heyran olan, hər zaman yaxşı tərəflərini görən Tərəzilər olduqca sadiq və bağlı aşiqdirlər.

Zodiakın 3-cü ən çox sevən bürcü Balıq bürcüdür. Balıq bürcü altında doğulanlar bütün hissləri dəlicəsinə yaşayar, eşqi, sevgini də. Sevdiyi zaman əli-qolu bağlanan Balıq bürcləri özlərinə sevgiyə təslim edərlər. Heç bir şeyi gizlətməyə ehtiyac duymazlar. Sirli davranmağı bacarmaz, özləri ilə bağlı hər şeyi danışarlar. Hisslərini gizlətməyi bacarmayan Balıq bürclərinin nə düşündüyünü gözlərinə baxaraq anlaya bilərsiniz. Balıq bürcü özünü partnyoruna həsr edər. Sevməyi və sevilməyi çox sevirlər. Hisslərini dərin yaaşdıqları üçün tez qırılar, qısqanclıq göstərə bilərlər.

Əgər bir Balıq bürcü ilə bilrikdəsinizsə, bunu bilməlisiniz ki, ürəyinə bir dəfə toxuna bilsəniz sizə sadiq qalacaq.

Əkizlər bürcü də eşqə aşiq olanlardan hesab edilir. "Nə Əkizlər?" deyə sual verdiyinizi hss etdim. Bir çox insanın həyatında Əkizlər bürcü tərəfindən xəyal qırılqığı var. Bəli, bütün bunları qəbul edirik, ancaq eşqi, sevgini yaşamağı çox yaxşı bacarır Əkizlər. Əkizlər bürcü ilə sevgili olduğunuz zaman özünüzü buludların üzərində hiss edəcəksiniz. Sizə özünüzü dəyərli, möhtəşəm və xüsusi hiss etdirə bilirlər. Əkizlər bürcünün münasibətlərdə ən sevdiyi mərhələ flört mərhələsidir. Qarşılarındakı şəxsi tanıma mərhələsinə çox önəm verirlər. Münasibətləri başlayan zaman həddən artıq həyacanlı olan Əkizlər bürcü partnyorunu xoşbəxt etmək üçün hər şey edər. Onların bu istəkli davranışları " O məni çox sevir" deyə düşünə biləcəyiniz həddə ola bilər. Eşq yaşamağı sevən Əkizlər monotonluğu sevməz və azadlıqlarının əllərindən alınmasını sevməzlər. Münasibətlər ilk həyacan keçdikdən sonra monton olsanız Əkizlər bürcünün diqqəti azala bilər. Bu diqqət azalması sizi sevməməsi mənasını verməz. Ancaq münasibətinizi canlı saxlamaq istəyirsinizsə, monotonluqdan uzaq durmalısınız.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Son xəbərlər
Bütün xəbərlər »