Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni sevdalıları bəyanat boxçalarını açır
Erməni sevdalıları bəyanat boxçalarını açır

30 illik həsrətə son qoyuldu. Qəhrəman Azərbaycan oğulları qanları, canları bahasına erməni-rus hərbi birləşmələrinin işğal etdikləri əzəli və əbədi torpaqlarımızın böyük bir hissəsini müharibə yolu ilə - 44 gün ərzində işğaldan azad edə bildi.

Təbii ki, bunu son hədd saymırıq. Həm də təkcə biz yox, elə bu məğlubiyyətdən yanıb-yaxılanlar da artıq çarxın döğru istiqamətə fırlandığını hiss edirlər. Havadarlıq etdikləri qondarma qurumun tragikomik xəyalları ilə çox uzağa gedə bilməyəcəklərini anlayırlar.

Bu yaxınlarda erməni əsilli şəxslərin Azərbaycan tərəfindən ailəsini dolandırmaq məqsədi ilə iş istəməsi xəbəri yayılmışdı. Bu bəlkə müharibədən sonra bir ilk idi, amma son olmayacağı aydındır. Yaşadıqları səfalətin sonsuzluğunda boğulan ermənilər, “su boğazlarına çatanda” o yalançı qurumu da, o qorxaq ordunu da, onları qorxu altında saxlayanları da “ayaqlarının altına alacaqlar”. Bəlkə buna hələ xeyli zaman lazım gələcək. Amma həmin vəziyyətin qaçılmaz oluğunu təkcə ermənilər deyil, havadarları da görür. Ona görə də sağda-solda bəyanat səsləndirib qulaq “doydururlar” .

Məsələn; bu gün Rusiya xarici işlər Sergey Lavrov, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurerlə telefon söhbəti zamanı Qarabağdakı humanitar vəziyyətdən danışıb. Lavrov, azərbaycanlı və erməni məcburi köçkünlərin beynəlxalq humanitar hüququn müddəalarına tam uyğun şəkildə könüllü və təhlükəsiz şəkildə öz ev-eşiklərinə qayıtması fikrini səsləndirib. Qeyd edib ki, əvvəlki yaşayış yerlərində məskunlaşmaqda, xüsusilə də, həmin yerlərdə hərbi əməliyyatlar gedibsə və orada bərpa işlərinə ehtiyac varsa, müvafiq yardımlar göstərilməlidir. Beynəlxalq təşkilatlar bu məsələyə töhfə verə bilər.

Cənab nazir nədənsə, 2020-ci ilin 27 sentyabrından əvvəl bu barədə belə ürək yanğısı ilə danışmırdı. Və indiki Ermənistan ərazisindən qovulmuş iki yüz mindən artıq soydaşmızın öz dədə-baba yurdlarına qaytarılmasından heç bu gün də danışmır. Nəinki danışmır, bunu yada salınmasından bəlkə narat da olar. Otuz il məcburi köçkün olaraq böyüyən bir nəsil beynəlxalq güclərin bəyanatlarına “toxdur”. İndi ermənilərə “yedizdirin” o xoş görüntülü bəyanatlarınızı. Biz haqlı, hüququ tapdanmış tərəf olaraq sizə heç vaxt inanmadıq, lazım olan günü gözlədik.

Biz ev-eşiyini itirməyin nə demək olduğunu bilirik. Elə ermənilər də Azərbaycan torpaqlarında özlərinə dövlət qurana qədər yer-yurdundan didərgin olmağın nə demək olduğunu yaşayıb və bu qorxu onların genindədir. Yaxşı olar ki, o “beynəlxalq təşkilatlar” bu milləti daha da rəzil günə salmasın. Onlar arada qarışıqlıq yaratmasa, ruslu-farslı-fransızlı və sairəli xarici qüvvələr bu ərazidən kənarlaşsa, o zaman bəlkə ermənilər də utopik xülyalardan ayılıb reallıqları görərlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »