Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
VTB (Azərbaycan) «Universal» əmanəti üzrə gəlirliliyi 10,2% -ə qaldırır
VTB (Azərbaycan) «Universal» əmanəti üzrə gəlirliliyi 10,2% -ə qaldırır

VTB (Azərbaycan) milli valyutada olan “Universal” əmanəti üzrə baza faiz dərəcələrini artırır. Depozitin maksimum gəlirliliyi illik 10,2%-ə qədər olacaq.

Müştərilər vəsaitlərini milli valyutada 1095 günə, xarici valyutada - 731 günə qədər yerləşdirə bilərlər. Minimum əmanət məbləği milli valyutada 100 manat, xarici valyutada 100 dollar və ya 5000 rubl təşkil edir. Əmanətə vəsaitin əlavə edilməsi mümkündür.

“VTB müştərilərinə şəxsi vəsaitlərinin yığımı üçün ən əlverişli şərtləri təklif etməyə çalışır. Bankımızın depozit məhsullarına və xüsusilə milli valyutada olan əmanətlərə bazarda böyük tələbat var.

Qeyd edək ki, fiziki şəxslərin depozit portfeli ilin əvvəlindən 20,8% artaraq, doqquz ayın yekunlarına görə 31,7 milyon manat təşkil etmişdir. Əmanətlərə olan yüksək tələbatı nəzərə alaraq, VTB (Azərbaycan) əmanətlər daxilində faiz dərəcələrini artırır və müştərilərə pullarını qazandıqları və ya xərclədikləri valyutada çoxaltmağı təklif edir" - deyə, bankın idarə heyətinin sədri vəzifəsini icra edən Yevgeni Borodin bildirdi.

Hazırda VTB (Azərbaycan) müştəriləri faiz gəlirlərini yerləşdirmə müddətinin əvvəlində almağa imkan verən “Avans”, uzun müddətli "Sərfəli" və qısa müddətli "Sərbəst" əmanətlərindən də istifadə edə bilərlər.

Sentyabrın sonuna VTB (Azərbaycan)-ın ümumi depozit portfeli ilin əvvəlindən 16,7% artaraq 96,2 milyon manat təşkil etmişdir.

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

www.vtb.az

VTB (Azərbaycan) ASC

Mətbuat xidməti

Son xəbərlər
Bütün xəbərlər »