Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Həsənov hospitaldan çıxarılaraq təcridxanaya qaytarılıb
Eldar Həsənov hospitaldan çıxarılaraq təcridxanaya qaytarılıb

Həbsdə olan sabiq səfir Eldar Həsənov yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanaya qaytarılıb.

Bizimyol.info xəbər verir ki bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil deyib ki, oktyabrın 17-də sabiq səfir DTX-nin Hərbi Hospitalından təcridxanaya qaytarılıb.

Qeyd edək ki, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov məhkəmə prosesində halı pisləşmiş, buna görə də bir neçə gün əvvəl müalicə alması üçün DTX-nin Hərbi Hospitalına yerləşdirilmişdi. Sabiq səfirin hipertoniya və digər xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »