Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın Ermənistanla müştərək işbirliyinin qarşısı necə alına bilər?
İranın Ermənistanla müştərək işbirliyinin qarşısı necə alına bilər?

"Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb".

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib. O, qeyd edib ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

Ölkə başçısının sözlərinə görə, Azərbaycan-İran sərhədinin digər sahələrində saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb:

"Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

İranın Ermənistanla müştərək işbirliyinin qarşısı necə alına bilər?

Tural İsmayılov Tural İsmayılov

Politoloq Tural İsmayılov hesab edir ki, İran Ermənistanla birləşərək regional təhdid halından, qlobal təhdid halına gəlməkdə davam edir: "Narkomaniya ilə bağlı bölgədə yaşanan problemlər arxasında İran dövləti dayanır. 30 ilə yaxın Azərbaycanın işğala məruz qalması, işğal altında saxlanılan torpaqlarımızda ermənilərin illeqal fəaliyyətlərinin bir çoxu İranla müştərək şəkildə həyata keçirilir. Həmin bölgələrin narkotrafik üçün istifadə edilməsi ilə bağlı daha əvvəllər də beynəlxalq mətbuatda bir xeyli araşdırmalar, məqalələr yer alırdı" - deyən T.İsmayılovun fikrincə, Ermənistanla birlikdə Azərbaycanın işğal altında olan ərazilərində 30 ilə yaxın narkomaniyanı təşviq etmək və narkotik ticarətindən gəlir əldə etmək üçün istifadə etməsi ciddi qarşıdurmaya səbəb olmalıdır.

Ekpsert, bu məsələyə Qərb dövlətlərinin yanaşmasını da qanedici hesab etmir. Belə ki, uranın zənginləşdirilməsi və nüvə silahına görə İrana sanksiyalar tətbiq etsə də, realda narkotrafiklə bağlı İrana qarşı hansısa sərt addımlar atılmayıb.

"Qərb, bu ikili siyasətini kənara qoyaraq İran və Ermənistanın narkotrafik marşrutunun dirçəldilməsinə görə ciddi sanksiyalara və təqiblərə məruz qoymalıdır. İrana qarşı olan sanksiyalar və dünyadan təcrid edilən İranın uyğun olmayan xarici siyasət kursu, ölkəni bu hala gətirib çıxarıb. Dünya ilə normal sivil münasibətlərdən özünü məhrum edən İrandakı molla rejimi, narkomaniya və digər illqeal yollarla bu məsələləri təşviq etməklə, ölkə iqtisadiyyatına pul gətirməyə çalışır. Ən qısa zamanda beynəlxalq aləm tərəfindən İrana qarşı hansısa ciddi sanksiyalar olmasa, bunu gələcəkdə qlobal anlamda böyük təhdidlər yaradacağını söyləmək yerinə düşər" - deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »