Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...

Həyatının son anlarını yaşayan insanların əksərinə bu həqiqət agah olur. Onlar öləcəyini bilir, sadəcə, özünə etiraf etmək istəmir. Həmin adamların əksərinin ürəyindən keçən mütləq nəsə olur.

Finlandiya mətbuatında bununla bağlı yazı dərc olunub. Yaxınlarının ölümünün şahidi olmuş müəllif, pasiyentlərinin necə can verdiyini görən tibb bacısı müşahidələrini paylaşıb.

Bizimyol.info xəbər verir ki, jurnalist Maaret Kallio əldən düşmüş nənəsinin doğma yerlər – Kareliya barədə mahnı diləməsini xatırlayıb. Nəvə nənəsi və babası üçün oxuyub. Nənəsi deyib ki, “qoy bu mənim son istəyim olsun”. Hər ikisinin gözlərindən yaş süzülüb...

“Tehrokoti” hospisində işləyən tibb bacısı Anna Kömi deyir ki, əslində, ölüm ayağında olan şəxs istəyini son arzu adlandırmır. Sanki xoşuna gələn bir şeyi yenidən etmək istəyir. Köminin təcrübəsində son dəqiqələrini yaşayanlar, adətən, ilk baxışdan böyük əhəmiyyəti olmayan məsələləri arzulayıb. Məsələn, evdə son dəfə olmaq, səhər kofe içmək, səyahətdən qayıdan qızını qarşılamaq, Yeni ili ailə ilə birlikdə keçirmək, kiminləsə barışmaq, nəvələrə nağıl oxumaq.

Kömi danışır ki, son nəfəsində nəyisə arzulayan şəxslərə sanki əlavə güc gəlir. Onlar həmin istəyi yerinə yetənə qədər həyatda qalmağı bacarırlar. Elə bil insanlar ömrünü son arzusunun həyata keçməsinə qədər uzada bilir.

Kömi gözlərini əbədi yumanların dünyadan nakam getdiyini hesab etmir. Onun fikrincə, əksəri qarşısına qoyduğu məqsədlərə çatır. Sadəcə, yaşamaq istəyi təəssüf ovqatı yaradır. Bizə elə gəlir ki, həyatla vidalaşan yaxınlarımız çox arzusuna çatmayıb. Halbuki ömür düşündüyümüz qədər qısa keçməyib. Xeyli anlar yaşanıb.

İnsanlar son nəfəsində yeni şeylər haqda çox da düşünmür. Onlar daha çox yaşadığı epizodların təkrarlanmasını arzulayır. Yəni tanış hisslərin bir daha yaşanması son istəyə çevrilir. Gözəl anları son dəfə yaşamağın ayrı zövqü olur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »