Fransanın paytaxtı Parisdə əlcəzairlilərin 60 il əvvəl həyata keçirdiyi nümayişin qurbanlarını yad ediblər. Bu elə bir vaxtda baş verib ki, müsəlman ölkəsi ilə Avropa dövlətinin münasibətləri yaxşı səviyyədə deyil. Gərginlik fonunda Parisin mərkəzinə qurbanların yaxınları toplaşıb.
Bizimyol.info xəbər verir ki, Emmanuel Makron anım mərasimlərində iştirak edən ilk fransız prezident kimi tarixə düşüb. Dövlət başçısı o vaxt polis qüvvələrinə rəhbərlik edən Moris Paponu müdafiə üçün hər hansı bəhanə qalmadığını bildirib. Yelisey Sarayının rəsmi açıqlamasında Fransanın baş verənlərə görə məsuliyyəti qəbul etdiyi qeyd olunur.
Əlcəzairlilər 1961-ci il oktyabrın 17-də müstəqillik uğrunda vuruşanların repressiyaya uğramasına etiraz olaraq küçələrə çıxmışdı. Polis nümayişi xüsusi amansızlıqla yatırmışdı. Onlarla əlcəzairli öldürülmüş, cəsədləri Sena çayına atılmışdı.
Bizimyol.info