Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistana qarşı ciddi siyasi və iqtisadi təzyiqlər istifadə olunmalıdır"
"Ermənistana qarşı ciddi siyasi və iqtisadi təzyiqlər istifadə olunmalıdır"

"Müharibədən sonra Azərbaycanın 150-dən çox vətəndaşı minaya düşərək həlak olub, yaxud ciddi xəsarət alıb".

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib. Onun sözlərinə görə, Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.

Prezident İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə otuz il ərzində demək olar ki, bütün binalar, tarixi abidələr məhv edilib. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb: "Qalan iki məsciddə isə ermənilər, donuz və inək saxlamaqla qəsdən müsəlmanların heysiyyatını təhqir ediblər".

Qeyd edək ki, Ermənistandan minalanmış ərazilərin xəritələrinin və sxemlərinin əldə edilməsi ilə bağlı həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə, bir sıra razılıqlar həyata keçirilmiş və sövdələşmələr icra olunub.

İlyas Hüseynov İlyas Hüseynov

Politoloq İlyas Hüseynovun sözlərinə görə, lakin bütün bunlara baxmayaraq, Ağdam, Füzuli və Zəngilan rayonlarının bir hissəsinə aid minalanmış ərazilərinin xəritələrin əldə olunması həyata keçirilsə də, bu ərazilərdə minaların dəqiqlik nisbəti 20-25 faizdir: "Bu da Ermənistanın xislətindən və mahiyyətindən xəbər verir. Yanlış əraziləri göstərməklə əldə olunmuş razılaşmaya uyğun olaraq, minaların dəqiq göstərilməsi həyata keçirilməyib. Bu da erməni məkrinin bariz nümunəsidir. Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bunun nəticəsidir ki, Azərbaycanın həm mülki, həm də hərbi şəxsləri həmin ərazilərdə şəhid olur".

Politoloqun fikrincə, 10 Noyabrda birgə imzalanmış üçtərəfli Bəyannamədən sonra da, Azərbaycan tərəfinin çoxsaylı itkiləri olub. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi uzun illər ərzində həmin ərazilərdə çox ciddi şəkildə minalanma işləri həyata keçirib. Hazırda torpaqlar işğaldan azad edilsə də, onların altında minalanmış ərazilər böyük problemlər törədir.

ANAMA-nın əməkdaşları, eləcə də Müdafiə Nazirliyinin istehkamçı taboru öz həyatları ilə risk edib çox ciddi şəkildə gərgin fəaliyyət həyata keçirir və ərazilərin təmizlənməsi ilə məşğul olurlar. Həmin ərazilərdə minalardan təmizlənmə işləri ilə yanaşı mühüm infrastruktur layihələri icra olunur. Əsas məqsəd ondan ibarətdir ki, bizim soydaşlarımız tez bir zamanda öz evlərinə, yurd-yuvalarına qayıtsınlar. Ərazilərin minalanması bu işdə böyük maneələr törədir.

"Ermənistan tərəfi öz pis niyyətindən geri çəkilmir və post müharibə dövründə də müharibənin fəsadlarını aradan qaldırmaq istiqamətində 10 Noyabr tarixli sazişə uyğun olaraq, müharibə fəsadlarının aradan qaldırılması ilə bağlı addımlar atmır. Bu addımlarda həm də ləngimələr vardır. Bunu da nəzərə alaraq minalanmış ərazilərin xəritələrini verməməklə bir daha öz münasibətini nümayiş etdirmiş olur.

Ermənistana qarşı ciddi şəkildə siyasi və iqtisadi təzyiqlər istifadə olunmalıdır. Beynəlxalq ictimaiyyət qarşısında bu məsələlər hər dəfə vurğuladığımız kimi daha geniş şəkildə işıqlandırılmalı, elmi konfranslar, simpoziumlar təşkil olunmalıdır ki, daha çox diqqət bu məsələyə ayrılsın. Ermənistana qarşı siyasi təzyiqlər, sanksiyalar, müxtəlif, qərar və qətnamələr qəbul olunarsa, Ermənistan məcburi şəkildə minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təhvil verə bilər".

P. S. Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarını minalaması sübut edir ki, mənfur düşmən bu torpaqların sahibi olmadığını anlayır və bir gün əsl sahibinin onu geri qaytaracağını bilirdi. Torpaqların əldən çıxması zamanı uzun müddət istifadə edilməməsi və təmizlənmə proseslərində itkilərin verilməsi üçün ərazilər minalanırdı. Və Ermənistan tərəfində həmin minalanmış ərazilərin xəritələri var. Bu xəritələri hazırlamaqla onlar ehtimal ediblər ki, bəlkə xəritələrin qaytarılması zamanı da qarşılıq olaraq nə isə tələb edə bilərlər. Belə bir ehtimal var ki, ciddi şəkildə siyasi-iqtisadi sanksiyaların tətbiq olunarsa Ermənistan bu addımı atacaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
Son xəbərlər
Bütün xəbərlər »