Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müstəqilliyin Bərpası Günü ilə bağlı “Google”dan jest
Müstəqilliyin Bərpası Günü ilə bağlı “Google”dan jest

“Google” Azərbaycana jest etdi.

Bizimyol.info xəbər verir ki, 18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir. Texnologiya nəhəngi “Google” da Azərbəycanın bu tarixi gününü öz platformasında təbrik edib.

Belə ki, istifadəçilər axtarış sisteminə daxil olan zaman Azərbaycan bayrağı əks olunan foto ilə qarşılaşır.

Qeyd edək ki, 70 ildən çox SSRİ-nin tərkibində olan Azərbaycan keçən əsrin 80-ci illərinin sonunda başlayan Milli Azadlıq Hərəkatı nəticəsində 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan edib.

Bu il oktyabrın 15-də Milli Məclisin iclasında Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilərək Müstəqilliyin Bərpası Günü olması barədə layihə səsə qoyularaq III oxunuşda qəbul olunub.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »