Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib

Microsoft-un qurucusu, bu yaxınlarda 27 illik evliliyinə son verən Bill Qeyts və Melinda Qeytsin 25 yaşlı qızı Cennifer Qeyts ABŞ-da ailə həyatı qurub.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən varlı insanlarından biri olan Bill Qeytsin qızı Cennifer Qeyts və Misirli jokey Nayel Nassar üçün müsəlman dini adətləri ilə təşkil olunan toy mərasimi keçirilib.

Məclis Nyu-Yorkun North Salem bölgəsində, cümə günü - ailənin evinin bağçasında İslam adətlərinə uyğun olaraq təştik olunub.

Toyda Cenniferin valideynləri Melinda və Bill Qeyts ilə birlikdə təxminən 300 adam iştirak etdi. Qeyts cütlüyü, iki ay əvvəl boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra ilk dəfə birlikdə görünüblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »