ABŞ müdafiə naziri Lloyd Ostin bu həftə Avropa səfərinə çıxıb.
Bizimyol.info xəbər verir ki, "sputnik-georgia"nın verdiyi məlumata görə, Pentaqon rəhbəri səfərinə bu səhər - oktyabr 18-də gəldiyi Gürcüstandan başlayıb.
"Amerika Birləşmiş Ştatları Gürcüstanın müdafiəsini gücləndirməyə və Avroatlantik məkana inteqrasiyasına kömək etməkdə qərarlıdır. Mən buradakı görüşləri səbirsizliklə gözləyirəm", - deyə Ostin tvitində yazıb.
Pentaqon rəhbəri Gürcüstana səfəri çərçivəsində baş nazir İrakli Qaribaşvili və müdafiə naziri Juanşer Burçuladze ilə görüşəcək. Görüşlərdə ABŞ və Gürcüstan arasında əməkdaşlıq, qlobal təhlükəsizlik və regional məsələlər müzakirə olunacaq.
Gürcüstandan sonra Ostin Ukrayna və Rumıniyaya səfər edəcək və Avropaya səfərini Brüsseldə başa vuracaq.
Bizimyol.info
Wheels down in Georgia. The United States is committed to helping Georgia build its defense capacity and advance its Euro-Atlantic integration, and I’m looking forward to my meetings here. pic.twitter.com/TJy25tfn90
— Secretary of Defense Lloyd J. Austin III (@SecDef) October 18, 2021