Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: "Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı"
Prezident: "Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı"

Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
Son xəbərlər
Bütün xəbərlər »