Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın Gürcüstandakı səfiri: "Azərbaycan, Gürcüstan və Türkiyə Cənubi Qafqazda sülhün bərpa edilməsində müstəsna rol oynayır".
Azərbaycanın Gürcüstandakı səfiri: "Azərbaycan, Gürcüstan və Türkiyə Cənubi Qafqazda sülhün bərpa edilməsində müstəsna rol oynayır".

"Azərbaycan, Gürcüstan və Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin bərpa edilməsində müstəsna rol oynayır".

APA xəbər verir ki, bunu Gürcüstanda Azərbaycanın Müstəqilliyinin 30 ildönümü münasibəti keçirilən marafonun təltifetmə mərasimində Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev deyib.

F. Quliyev bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsindən sonra Azərbaycan qüdrətli bir dövlətə çevrilib və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın nüfuzlu dövlətinə çevrilib. F. Quliyev Gürcüstanın aidiyyati orqanlarına marafonun keçirilməsinə göstərdiyi dəstəyə və təhlükəsizliyi təmin etdiyinə görə təşəkkür edib.

Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Müstəqilliyinin bərpası günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, dövlət qurmaq özü çətin bir marafondur və Azərbaycan xalqı bu marafonun qalibidir.

F. C. Yazqan Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı üçtərəfli əməkdaşlığın xalqlar üçün böyük önəm daşıdığını vurğulayıb.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »