Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan, Türkiyə, Gürcüstan parlamentarilərinin Ankarada müzakirə edəcəyi məsələlər açıqlanıb
Azərbaycan, Türkiyə, Gürcüstan parlamentarilərinin Ankarada müzakirə edəcəyi məsələlər açıqlanıb

Gürcüstan parlamentinin Xarici əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 18-19-da Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyəti Ankarada keçiriləcək Gürcüstan, Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin IX üçtərəfli görüşündə iştirak edəcək.

Toplantıda üçtərəfli əməkdaşlığın gündəliyində duran bütün önəmli məsələlərin, Qara dəniz bölgəsində təhlükəsizliyə təhdidlər və regional əməkdaşlığın gücləndirilməsi imkanlarının müzakirəsi aparılacaq.

Görüş çərçivəsində ikitərəfli görüşlər də planlaşdırılıb.

Gürcüstan parlamenti üçtərəfli əməkdaşlıq formatını tərəflərin bölgədə baş verən proseslər, üçtərəfli strateji tərəfdaşlığın önəmli aspektləri və ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün gələcək addımların müzakirəsinə imkan verən əhəmiyyətli platforma kimi qiymətləndirir.

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »