Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Baş katibi CAR-da bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıb
BMT Baş katibi CAR-da bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıb

BMT Baş katibi Antoniu Quterreş CAR-da bütün tərəfləri atəşkəsə riayət etməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dujarrikin bəyanatında deyilir.

"Baş katib bütün tərəfləri inklüziv siyasi dialoqa konstruktiv yanaşmağa çağırır", - Dujarrik deyib.

Quterreş 2019-cu il sülh müqaviləsinin yenilənməsinin tərəfdarı olduğunu bildirib.

Bundan əvvəl CAR prezidenti Fosten Arkanj Tuader ölkə daxilində bütün hərbi əməliyyatların sona çatdığını açıqlayıb.

2013-cü ilin dekabr ayının əvvəllərində Banqui şəhərində keçmiş Seleka qruplaşmasının yaraqlıları ilə onlara qarşı çıxan xristian üsyançılar arasında toqquşmalar baş verib. Münaqişə zamanı 1 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, təxminən 6 min insan ölüb.

Son xəbərlər
Bütün xəbərlər »