Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı

Oktyabrın 15-dən etibarən Azərbaycanda rəsmi "iPone - 13" modellərinin satışına başlanılıb. Nə qədər qəribə olsa da, son model "iPhone" almaq üçün hamı mağazalara axışıb. Yüzlərlə insan, "iPhone - 13" modelinə sahib olub və 2 saat ərzində gündəlik satış hədəfi tamamlanıb.

Allah xeyir versin, nə deyirik ki? Təki şad xəbərlər eşidə biləsiniz.

Azərbaycandakı rəsmi mağazalarda;

  • "iPhone - 13" Pro modelinin (128 GB) qiyməti 2899 manat, 99 qəpikdir.
  • "iPhone - 13" Pro Max modelinin (1TB) qiyməti isə 4669 manat, 99 qəpikdir.

Apple brendinin rəsmi saytında;

  • "iPhone - 13" Max modelinin qiyməti 999 dollar - yəni 1698 manat, 30 qəpikdir.
  • "iPhone - 13" Pro Max modelinin qiyməti 1599 dollar - yəni 2718 manat, 30 qəpikdir.

Qeyd edək ki, "iPhone - 13" Pro modelinin Azərbaycan və ABŞ qiymətləri arasında 1200 manat 70 qəpik, "iPhone13" pro max-ın qiymət fərqi isə 1951 manatdır.

XÜSUSİLƏ (!!!) Qeyd edək ki, hazırda ölkədə minimum əmək haqqı 250 manat, orta aylıq əmək haqqı 727 manatdır. İki saat ərzində günlük satış hədəfinin baş tutması isə həqiqətən rekord həddir.

İqtisadçı Günay Həsənova iddia edir ki, bahalı mobil telefon alanlar daha çox kreditlə almağa üstümlük verir. Çünki aylıq əmək haqqının bir hissəsini telefon üçün ödəmək alıcıların gözünə görünmür:

"Ölkədə kifayət qədər, dövlət işində və əmək müqaviləsi ilə işləyən vətəndaşlar var. Və onlar üçün telefonları kreditlə almaq problem deyil. Görünür, onlara da belə xoşdur. Təbii ki, bu istehlak zənbilinin dəyərini keçir. Və təbii ki, belə telefonları minimum və orta aylıq əmək haqqı alan şəxslər ala bilmir".

Gəlin, bir də mobil telefonların bizə verdiyi zərərləri gözdən keçirək. Ekoloq Vaqif Əliyev deyir ki, telefonlar radio-şüalanmaya səbəb ola bilər. Radio şüalanma isə, xərçəng xəstəliyi yaradır:

"2011-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı mobil teelfonların sağlamlığa zərərləri ilə bağlı bir araşdırmanın hesabatını verdi. Bir çox ölkənin qatıldığı araşdırmanın məqsədi mobil telefon istifadəsinin beyində (qlioma və meninqioma) tüpürcək vəzisində və sinirlərdə şiş risikini müəyyən etmək idi. Araşdırmaya Almanya, Avstraliya, Danimarka, Finlandiya, İngiltərə, İsrail, İsveç, İtaliya və s. digər ölkələrdən araşdırmaçılar qatılmışdı. Araşdırma 30-59 yaşlılar üzərində aprılmışdı. Və nə qədər qəribə olsa da, araşdırmanın nəticəsi olaraq, mobil telefonların beyin şişlərinə səbəb olduğu müəyyən edilmişdi. Ancaq telefonların zərər vermədiyi ilə bağlı araşdırmalar da var. Onların da sayı kifayət qədər çoxdur.

Hər nə olursa, olsun mobil telefonlardan az istifadə etmək tövsiyyə olunur. Çünki ekrana yaxın baxmaq öncə gözlərə zərər verir, sonra isə beyinə. Zehni yorğunluq isə, immun sistemini zəiflədə bilər".

4500 manatdan yuxarı bir məbləği telefona vermək, həqiqətən gülünc görünür. Çünki hər il yeni bir model istehsal edilir və yeni gələn köhnə modeli geridə ötüb keçir.

İnsanların hobbi və maraqlarına qarışmırıq. Sadəcə... heyif boşuna xərclənən o pula!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »