Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa "Putindən qorunmaq üçün" hasar çəkmək qərarına gəlib
Polşa "Putindən qorunmaq üçün" hasar çəkmək qərarına gəlib

Polşanın Baş naziri Mateuş Moraviçki məxsusi olaraq Rusiya Prezidenti Vladimir Putin və onun həmkarı Aleksandr Lukaşenkodan qorunmaq üçün Belarusiya ilə sərhəddə hasar çəkilməyin vacib olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

"Bu, Polşanı uzun müddətdə miqrasiya şantajından qorumaq üçün lazımdır - indiki halda xüsusi ilə Aleksandr Lukashenko və Vladimir Putindən müdafiə olunmaq üçün", - deyə onun fikirlərini Polskie Radio səsləndirib.

Polşa parlamentinin aşağı palatası bu yaxınlarda Belarusiya ilə sərhəddə hasarın tikintisi haqqında qanun qəbul edib. Varşavada qeyd edildiyi kimi, ölkənin miqrasiya böhranından çıxmaq üçün bu layihəyəyə ehtiyacı var.

Prezident Aleksandr Lukaşenko deyib ki, Qərbin sanksiyaları səbəbindən ölkənin insan axınını dayandırmaq üçün "nə pulu, nə də gücü".

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »